Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    Air İndia 270 nəfərin öldüyü qəzada inanılmaz diqqətsizlik

    11 İyul 2025 11:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Air İndia 270 nəfərin öldüyü qəzada inanılmaz diqqətsizlik
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    270 nəfərin öldüyü Air India qəzasında pilot kabinəsindəki səhv faciəyə yol açıb.

    AzerVoice xəbər verir ki, Hindistanın paytaxtı Yeni Dehli yaxınlığında baş vermiş və 270 nəfərin ölümünə səbəb olmuş Air India təyyarə qəzası ilə bağlı araşdırmalar pilot kabinəsindəki detala fokuslanıb.

    ABŞ rəsmilərinin ilkin təhlilinə əsasən, qəzaya Boeing 787 Dreamliner model təyyarədə texniki nasazlıq deyil, pilotların yanacaq axını açarlarını bağlaması səbəb olub.

    Hindistan Mülki Aviasiya İdarəsinin bildirdiyinə görə, hər iki mühərrikin havaya qalxandan dərhal sonra dayanması “görünməmiş hadisə” kimi qiymətləndirilib. Təyyarənin qəfil gücünü itirməsi və tibb tələbələrinin yaşadığı yataqxanaya çırpılması nəticəsində 259 sərnişin və ekipaj üzvü, həmçinin 11 yerli sakin həyatını itirib, yalnız bir tələbə sağ qalıb.

    Qəzaya cavabdeh kapitan Sumeet Sabharwal 10.000 saatlıq uçuş təcrübəsinə malik təcrübəli pilot idi. İkinci pilot Clive Kunderin də 3400 saatlıq uçuş keçmişi vardı. Belə peşəkar heyətin bu cür kritik səhvə necə yol verməsi hələlik müəmmadır.

    ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və Federal Aviasiya Administrasiyası (FAA) Hindistanla birgə təhqiqat aparsa da, qara qutuların təhlilinin gecikməsi iki ölkə arasında gərginliyə səbəb olub. ABŞ tərəfi qara qutuların təhlili üçün xarici laboratoriyaya köçürülməsini təklif etsə də, Hindistan bu təklifi qəbul etməyib.

    Qeyd edək ki, Air India son illərdə dövlət idarəçiliyindən özəl sektora keçid mərhələsindədir. Lakin baş verən faciə şirkətin imicinə və Boeing-in təhlükəsizlik nüfuzuna ciddi zərbə vurub. Hindistanın Təyyarə Qəzalarının Təhqiqat Bürosu (AAIB) yaxın günlərdə ilkin hesabatı açıqlayacaq. Lakin tam nəticələrin aylarla davam edən təhlildən sonra ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

    #təyyarə qəzası #Hindistan #Uçuş təhlükəsizliyi #Aviasiya tarixində sirr #Aviasiya hadisəsi #Air India
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran hərbi gəmisi Hörmüz boğazından keçməyə çalışan Hindistan tankerinin qarşısını alıb

    26 Avqust 2026 20:28

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    22 Avqust 2026 22:28

    İranın turizm naziri BRİKS toplantısında iştirak etmək üçün Hindistana səfər edib

    20 Avqust 2026 18:41

    Türkiyə dünyanın ən güclü hava qüvvələri siyahısında 8-ci oldu

    18 Avqust 2026 15:19

    Bu gün təyyarə qəzasında 156 nəfər həlak oldu

    16 Avqust 2026 02:00

    Meta ilə Hindistan hökuməti arasında gərginliyin səbəbi nədir?

    5 Avqust 2026 19:11

    Hindistan gəmisi Yəmən sahilləri yaxınlığında hücuma məruz qalıb, bütün ekipaj xilas edilib

    4 Avqust 2026 21:15

    Yanvar-iyun aylarında Hindistana ixrac olunmuş Azərbaycan neftinin həcmi açıqlandı

    3 Avqust 2026 20:27

    ABŞ İranın "Mahan Air" aviaşirkətini dəstəkləyən şəbəkələrə qarşı yeni sanksiyalar tətbiq edib

    30 İyul 2026 21:42

    Hindistanda "Nəsil Z" hərəkatı Modi hökumətini geri addım atmağa məcbur edib

    25 İyul 2026 19:59

    Hindistanda gənclərin etirazları hökumətə təzyiqi artırır - Yeni danışıqlar gözlənilir

    25 İyul 2026 12:08

    Hindistan vətəndaşlarına İrana səfərləri təxirə salmağı tövsiyə edib

    20 İyul 2026 19:19
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Ərdoğan Bişkekə gedir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.