Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər
    Digər Dövlətlər

    İngiltərədə bir qrup İran vətəndaşı terror şübhəsi ilə həbs olunub

    5 May 2025 16:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İngiltərədə bir qrup İran vətəndaşı terror şübhəsi ilə həbs olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İngiltərə polisi, paytaxt Londonda müəyyən olunmamış bir hədəfə qarşı hücum planladığı şübhəsi ilə bir neçə İran vətəndaşının saxlanıldığını açıqlayıb.

    AzerVoice xəbər verir ki, saxlanılanlardan dördü İran vətəndaşıdır, beşinci şəxsin isə vətəndaşlığı hələ müəyyən edilməyib. Yaşları 29 ilə 46 arasında dəyişən şübhəlilərin polis idarələrində sorğuları davam edir, lakin hazırda onlara qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

    İngiltərə polisi bildirir ki, təhlükəsizlik qüvvələri Londra, Mançester və Svindonda bir neçə ünvanda axtarış aparır. Hücum planının konkret bir hədəfə yönəldiyi qeyd olunsa da, detallar “əməliyyat səbəblərinə görə” açıqlanmır.

    Antiterror Komandanlığının rəhbəri Komandir Dominik Mörfi, polisin hazırda hücum planının arxasındakı motivasiyanı və ictimaiyyət üçün davam edən təhlükə olub-olmadığını müəyyənləşdirməyə çalışdığını bildirib.

    Bundan əlavə, polisin açıqladığı ayrı bir istintaq çərçivəsində, 39, 44 və 55 yaşlarında olan üç İran vətəndaşı da Londonda milli təhlükəsizlik pozuntusuna dair şübhə ilə saxlanılıb. Bu şəxslərin cari hücum planı ilə əlaqələrinin olub-olmadığı hələlik açıqlanmayıb.

    Hücum planı ilə İran dövləti arasında birbaşa əlaqə qurulmasa da, İngiltərənin daxili təhlükəsizlik xidməti MI5, Tehrana bağlı şəxslər və ya əməliyyatlar tərəfindən potensial təhdidlərin artdığını bildirib.

    MI5 rəhbəri Ken McCallum, 2023-cü ilin oktyabrında verdiyi açıqlamada, təhlükəsizlik qurumlarının 2022-ci ildən bu yana İranla əlaqəli 20-dən çox "potensial ölümcül" planın qarşısını aldığını, bu planların əksəriyyətinin isə İngiltərədə yaşayan müxalif fiqurları hədəf aldığını açıqlayıb.

    Xatırladaq ki, 2024-cü ilin mart ayında Fars dilində yayımlanan kanalda İran hakimiyyətini tənqid edən jurnalist Pouria Zeraati, Londondakı evinin önündə bıçaqlı hücuma məruz qalıb. Hadisədən sonra iki şübhəli şəxs Ruminyada saxlanılıb.

    #İran #London #İngiltərə #Londonda hücum planı #İngiltərə terror şübhəsi #İngiltərə İran əlaqələri #İran əməliyyatları Avropada #İngiltərə–İran diplomatik gərginliyi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran İsrailə hücum edib

    7 İyun 2026 23:39

    ABŞ və İran sülhə niyə yaxınlaşa bilmədi? 100 gündə nəticəsiz qalan danışıqların detalları

    7 İyun 2026 11:00

    Səudiyyə Ərəbistanı İranın Bəhreyn və Küveytə hücumlarını pisləyib

    6 İyun 2026 22:05

    Pakistanın daxili işlər naziri danışıqlar üçün Tehrana gəlib

    6 İyun 2026 21:27

    İran Körfəz hücumlarını ABŞ blokadası fonunda “strateji baxımdan çox önəmli” sayır

    6 İyun 2026 20:53

    İran milli komandası Meksikaya yola çıxıb

    6 İyun 2026 20:27

    ABŞ Hörmüz boğazı ilə bağlı İranın mövqeyinə qarşı çıxır

    6 İyun 2026 20:07

    İsmayıl Bəqaidən Livandakı hadisə ilə bağlı açıqlama

    6 İyun 2026 20:02

    İranın qırmızı xətti: Neft ixracı məsələsi bölgədə yeni böhrana səbəb ola bilərmi?

    6 İyun 2026 19:25

    İran ABŞ-ı atəşkəsi pozmaqda ittiham edib

    6 İyun 2026 19:19

    Misir İranın Küveyt və Bəhreynə hücumlarını pisləyib

    6 İyun 2026 18:31

    Küveyt İranın yeddi ballistik raketinə qarşı tədbir görüldüyünü açıqlayıb

    6 İyun 2026 18:26
    XƏBƏR LENTİ

    Fateh Sultan Mehmedin səfərləri Osmanlı iqtisadiyyatına necə təsir edirdi?

    Bağdadda hərbi qarşıdurma xofu: İraq hökuməti qruplaşmaların silahlarını müsadirə edir

    Ən yaxşı düyməli telefonlar: 2026-cı ilin reytinqi

    Türk gənclərinin milyard dollarlıq təhsil startapı - Udemy haqqında nə bilirik?

    Bu gün ABŞ gəmisi İsrail tərəfindən hücuma məruz qalıb - 34 amerikalı ölüb, 171 nəfər yaralanıb

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.