Bakı,AzerVoice
Fransada İkinci Dünya Müharibəsinə həsr olunmuş hava şousu zamanı təyyarənin dənizə düşməsi nəticəsində bir nəfərin cansız cəsədi tapılıb.
AzerVoice xəbər verir ki, hava şousu zamanı təyyarənin dənizə düşməsi nəticəsində bir pilot həlak olub.
Fouga Magister tipli təyyarə yerli vaxtla 17.00 (CET 15.00) radələrində Le Lavandou sahillərində qəzaya uğrayıb.
Pilotun cansız bədəni sudan çıxarılıb.
Prokurorluq qəzanın səbəbini araşdırmaq üçün istintaq başlatdıb.