Bakı.VOA
2011-2023-cü illərdə tətbiq edilən sanksiyalar İran iqtisadiyyatına bir trilyon 200 milyard dollar məbləğində ziyan vurub.
VOA xəbər verir ki, bunu İran Ticarət Palatasının keçmiş rəhbəri Hüseyn Selahvarazi bildirib.
Ekspertlərin qənaətincə, seçiləcək yeni prezident qərblə sanksiyaların aradan qaldırılması istiqamətində mürəkkəb danışıqların öhdəsindən gəlməlidir.
Qeyd edək ki, iyunun 28-də İranda prezident seçkisi keçiriləcək.