Bakı. AzerVoice:
Birləşmiş Millətlər Təşkilatı Ukraynada artan hücumlara qarşı xəbərdarlıq edib.
AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Ukraynadakı humanitar vəziyyətlə bağlı hadisələr müzakirə edilib.
BMT xüsusilə Ukraynanın Xarkov bölgəsində hücumların artdığını və tərəflərin hər iki ölkədəki infrastrukturları hədəf aldığını açıqlayıb.
BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) Humanitar Yardımın Maliyyələşdirilməsi və Resursların Transferi Bölməsinin direktoru Liza Doughten, artan münaqişənin daha çox yerdəyişməyə səbəb olduğunu və 7 min insanın Xarkov vilayətindən qaçdığını bildirib.
Doughten Ukraynada münaqişənin xüsusilə Rusiya ilə şimal-şərq sərhədində artdığına diqqət çəkib.
O, Xarkov vilayətində ardıcıl hücumların uşaqlar da daxil olmaqla, insan tələfatı və yaralanmalara səbəb olduğunu bildirib.
Doughten bildirib ki, təkcə aprel ayında Ukraynada 700 mülki şəxs öldürülüb.
Hafiz Rufizoğlu