Bakı. AzerVoice:
Çin 2024-cü il ərzində kosmosa 300-dən çox peyk buraxılışı planlaşdırıb.
AzerVoice xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Şirkəti (CASC) tərəfindən nəşr olunan kitabda 2024-cü il üçün planlar açıqlanıb.
Ölkə bu il 100 buraxılışda kosmosa 300-dən çox peyk və nəqliyyat vasitəsi göndərəcək və illik buraxılışların sayının əhəmiyyətli dərəcədə artırılması hədəflənib.
Buraxılışların 70-i kosmik proqramın əsas daşıyıcı sistemi olan “Long March” raketləri ilə CASC tərəfindən, qalanları isə onların hazırladığı raketlərlə özəl şirkətlər tərəfindən həyata keçiriləcək.
Qeyd edilib ki, Çin 2023-cü ildə 67 buraxılış həyata keçirib, onlardan 17-si özəl şirkətlər tərəfindən həyata keçirilib.
Bu il Çinin Yer orbitində qurduğu Tienqonq Kosmik Stansiyasına iki insanlı uçuş və iki yük uçuşu reallaşdıracaq. Ayın qaranlıq hissəsindən qaya və torpaq nümunələrini toplamaq məqsədi daşıyan "Chang'i 6" rover və Ayın uzaq tərəfi ilə əlaqəni təmin edəcək "Cuechiao 2" ötürücü peyki orbitə 2024-cü ilin birinci yarısı buraxılacaq.
Hafiz Rufizoğlu