Rəy

ABŞ tərəfindən tətbiq edilən son sanksiyalar paketi İraq siyasi dairələrində geniş müzakirələrə səbəb olub. Xüsusilə “Həşd əş-Şaabi” Təşkilatının iqtisadi qolu sayılan “əl-Mühəndis” Dövlət Şirkətinin sanksiya siyahısına salınması, ölkənin əsas şiə siyasi güclərindən biri olan Koordinasiya Çərçivəsi qüvvələrinin ciddi narazılığına gətirib çıxarıb. Bu qüvvələr Vaşinqtonun addımını İraqın suverenliyinə və milli institutlarına birbaşa müdaxilə kimi qiymətləndirirlər.

Son dövrlərdə Netanyahu özünü dünyaya qarşı tək vəziyyətdə gördü; BMT-dəki səhnə hər şeyi əks etdirdi: dünya bir tərəfdə, Netanyahu isə digər tərəfdə təcrid olunmuş və kənarda qalmış vəziyyətdə idi.Bu, bir neçə əlamətdən başladı: bir neçə gün öncə BMT-yə gedərkən onun təyyarəsinin Avropa hava məkanından keçməməsi, məhz Məhkəmə qarşısında çıxarılacaq həbs qərarından qorxma səbəbi ilə idi; BMT-dəki çıxışı zamanı salonun boş və soyuq görünməsi, səfir və nümayəndələrin çıxıb getməsi onun görünüşünü solğunlaşdırdı.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov, Qəzzada İsrailin hərbi əməliyyatlarını tənqid edərək bölgədəki vəziyyətin əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməz olduğunu bəyan edib. Ramiz Ələkbərov bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında səsləndirib. “Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının intensivləşməsi məni dəhşətə salır,” – deyə Ələkbərov bildirib və əlavə edib ki, İsrailin hücumları fələstinlilərə görünməmiş miqyasda ölüm və dağıntı gətirməyə davam edir.

Avstraliya Baş naziri Entoni Albanese ölkəsinin Fələstin Dövlətini tanımaq qərarını bir daha vurğulayıb. Albanese, SBS News-ə verdiyi açıqlamada Avstraliyanın Fələstin Dövlətini tanımaq qərarına münasibət bildirib. “Dünya bu məsələdə (Fələstin Dövlətinin tanınması) açıq və böyük əksəriyyətlə mövqeyini ortaya qoyub. İnsanlar Yaxın Şərqdə sülh, atəşkəs, girovların azad edilməsini və Qəzza xalqına humanitar yardımların çatdırılmasını istəyir.”- deyə qeyd edib. Qeyd edəkk ki, Albanese-nin bu açıqlaması, İsrailin Baş naziri Benyamin Netanyahunun 25 sentyabrda beynəlxalq ictimaiyyətə meydan oxuyaraq Fələstini tanıyan Qərb ölkələrini hədəf almasından sonra gəlib.

Türkiyənin ticarət naziri Ömər Bolat ABŞ ilə iqtisadi münasibətlərdə yeni mərhələnin başlandığını bildirib. O, Amerikanın aparıcı şirkətlərinin Türkiyədəki sərmayələrini artırmaq istədiyini və tərəfdaşlığa müsbət yanaşdıqlarını qeyd edib. Nazir, İstanbulda keçirilən "İstanbul Mebel Dizayn Sərgisi" (Furnishings & Design İstanbul) çərçivəsində jurnalistlərin suallarını cavablandırıb. ABŞ-a səfəri zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə BMT-nin 80-ci Baş Assambleyasında iştirak etdiklərini xatırladan Bolat, orada 8-dən çox biznes görüşü keçirdiklərini deyib.

Türkiyənin Ticarət naziri Ömər Bolat, Türkiyə ilə ABŞ arasındakı iqtisadi münasibətlərdə bir sıçrayış mərhələsinin başlanğıcında olduqlarını bildirərək, iki ölkə arasında yaranan müsbət atmosferin daha çox investisiyaya və ixraca çevrilməsi üçün işlərin davam etdiriləcəyini bildirib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyası çərçivəsində Nyu-Yorkda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müşayiət edən Bolat, ABŞ-dakı görüşlərinə dair dəyərləndirmələr verib.

ABŞ-da keçirilən tədbirdə çıxış edən Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, ABŞ-ı Türkiyənin həm mühüm ticarət tərəfdaşı, həm də strateji müttəfiqi kimi dəyərləndirib. Nazir Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Trampla keçirəcəyi görüşün bölgə və dünya üçün faydalı olacağına ümid etdiyini bildirib.

Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir. S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.

Türkiyənin ədalət naziri Yılmaz Tunç bildirib ki, Fələstin xalqının legitim hüquqlarının qorunması beynəlxalq hüququn, regional sülhün və insanlığın əsas tələblərindən biridir. O qeyd edib ki, "harada baş verərsə versin ədalətsizlik, bütün dünyada ədalətə qarşı bir təhdiddir". Nazir Tunç bu fikirləri Maltanın paytaxtı Valettada keçirilən Avropa Şurasının Ədalət Nazirləri Konfransı çərçivəsində "1959-dan Rəqəmsal Dövrə: Rəqəmsal Vasitələrlə Ədli Əməkdaşlığın Modernləşdirilməsi" mövzusunda keçirilən iclasda səsləndirib.