Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir - Elçin Mirzəbəyli

    23 Dekabr 2023 12:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir - Elçin Mirzəbəyli
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Çin hazırda dünyanın ikinci iqtisadiyyatı hesab olunsa da, ölkənin xarici borcunun Ümumdaxili Məhsulla müqayisədə azlığı, xarici borcla bağlı qlobal sıralamalarda ABŞ, Almaniya, Kanada və digər ölkələrdən xeyli geridə olması, əslində fərqli reallıqların ortaya çıxmasına zəmin yaradır. 2022-ci ilin göstəricilərinə görə, 17,95 trillion ABŞ dolları ilə dünya ÜDM-nin 18,5%-ni təşkil edib. 2023-cü ildə də, bütün bədbin proqnozlara rəğmən Çin iqtisadiyyatı 5,5% böyüyüb və 2024-cü ilin proqnozlarına görə isə, ÇXR-in iqtisadiyyatında böyümə, ən azı 4,6% təşkil edəcək.

    Bunu AzerPress-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

    O qeyd edib ki, təkcə bu göstəricilər Çinin, artıq dünyanın iqtisadi-siyasi mərkəzlərindən birinə - super dövlətə çevrildiyindən xəbər verir.

    “Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir. 2022-ci ildə ikitərəfli ticarət əvvəlki illə müqayisədə 15% artıb.

    2023-cü ilin yanvar-iyul aylarında isə Azərbaycanın Çinlə ikitərəfli ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,1% artaraq 1,62 milyard ABŞ dolları təşkil edib.

    Çin Avropa və Asiyanı birləşdirən Orta Dəhlizin əlverişli coğrafi mövqeyinə böyük əhəmiyyət verir və onun regional əlaqələrin gücləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal sənaye və logistika zəncirlərinin sabitliyinin təmin edilməsində əhəmiyyətini yüksək qiymətləndirir. Həm Bakı, həm də Pekin hesab edir ki, “Bir kəmər, bir yol”un birgə tikintisi “Orta Dəhliz” konsepsiyasına yüksək dərəcədə uyğun gəlir və tərəflərin ümumi maraqlarını ifadə edir”, - deyə o, qeyd edib.

    E.Mirzəbəyli bildirib ki, hazırda Azərbaycan-Çin strateji tərəfdaşlığının gücləndirilməsi üçün geniş imkanlar yaranıb və hər iki ölkə yaranmış tarixi fürsətdən məharətlə istifadə etməyi bacarırlar.

    “Azərbaycan Prezidenti ilə Çin sədrinin şəxsi dostluq münasibətləri isə, iki ölkə arasındakı etimadlı və qarşılıqlı faydalı münasibətlərin formalaşmasına böyük töhfələr verməklə yanaşı, ikitərəfli əlaqələrin bundan sonra da inkişaf edəcəyinə böyük ümidlər yaradır.

    Azərbaycan öz strateji tərəfdaşlarını düzgün seçir və geridə qalan zaman kəsiyində ölkəmizin beynəlxalq arenadakı mövqelərinin möhkəmləndirilməsi ilə bağlı atılan addımların göz önündə olan nəticəsi də bu faktı sübuta yetirir. Ermənistan isə, ənənəsinə uyğun olaraq, bölgədə və dünyada yaranmış reallıqları qəbul etməkdənsə, Azərbaycanın tərəfdaşları ilə balans yaratmaq üçün uğursuz manevrlərini davam etdirir. Rəsmi İrəvanın, regiona nəinki heç bir təsir imkanı, bütövlükdə Cənubi Qafqazla yaxından-uzağa heç bir əlaqəsi olmayan Hindistana üz tutması da, bu uğursuz balansyaratma siyasətinin bir hissəsidir. Hindistan isə nəinki super dövlət deyil, hətta nəinki yaxın, uzaq perspektivdə belə bu ölkənin supergüc statusuna yiyələnməsi mümkün görünmür.

    Hindistan iqtisadiyyatında mövcud olan problemlər - yüksək bərabərsizlik və yoxsulluq, ixtisaslı kadrlarla bağlı çətinliklər, infrastruktur çətinlikləri ölkə iqtisadiyyatının sabit inkişafına ciddi maneələr yaradır. İşsizlik, xüsusilə də gənclər arasında yüksək olaraq qalır və belə şəraitdə gənclərin cəmiyyətə inteqrasiyası çətinləşir, sosial qeyri-sabitlik təhlükələri yaranır – demoqrafik üstünlük risk faktoruna çevrilir.

    Azərbaycan-Çin münasibətləri isə böyük perspektivlər vəd edir və bu amil özünü ÇXR sədrinin Prezident İlham Əliyevə təbrik məktubunda da əks etdirir.

    Çin Xalq Respublikasının Sədri Si Cinpin təbrik məktubunda ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəltməkdən bəhs edir ki, bu da istisnasız olaraq, strateji tərəfdaşlıqlıq münasibətlərinin daha da gücləndiriləcəyi anlamına gəlir”, - deyə E.Mirzəbəyli əlavə edib.

    Çin Azərbaycanın dörd ən böyük ticarət tərəfdaşından biridir - Elçin Mirzəbəyli
    #Azərbaycan #Çin #Elçin Mirzəbəyli
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    11 İyun 2026 22:51

    Çin ABŞ və İrana müraciət etdi: Müharibəni dayandırın

    11 İyun 2026 14:43

    Arazda su ehtiyatlarının İranla bölüşdürülməsi üzrə iş rejimi razılaşdırılıb

    11 İyun 2026 14:14

    Zakir Həsənov Pakistana başsağlığı verib

    11 İyun 2026 09:20

    Azovda yük gəmilərinə dron hücumunda həlak olmuş 4 Azərbaycan vətəndaşının nəşləri ölkəyə gətirilib

    10 İyun 2026 21:41

    Türkiyə səfiri Mərdəkanda Türk şəhidlərinin məzarını ziyarət edib

    10 İyun 2026 20:54

    MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib

    10 İyun 2026 17:48

    Azərbaycan və Yaponiya XİN başçılarının görüşündə dəniz təhlükəsizliyinin vacibliyi vurğulanıb

    10 İyun 2026 15:53

    Uşaqların şəxsi məlumatları kommersiya maraqlarına çevrilə bilməz - Əhməd İsmayılov

    10 İyun 2026 15:38

    Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

    10 İyun 2026 14:34

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 12 İyun

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    Tramp: İran rəhbərliyi ilə yüksək səviyyədə danışıqlar nəticə verdi

    İranın “hamı üçün və ya heç kim üçün” mövqeyi nə deməkdir?

    ABŞ Mərkəzi komandanlığı: Hörmüz boğazı “nəqliyyat üçün açıqdır”

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    İşğal altındakı Qərb Sahəsində İsrail hücumları davam edir

    İsrail hücumları Livanın Sur rayonunda 6 nəfərin ölümünə səbəb olub

    Livanın cənubunda köçkünlər üçün kritik vəziyyət

    Həmas: Qahirə danışıqları “müsbət və konstruktiv” şəkildə davam edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.