Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəy
    Rəy

    Azərbaycan de-fakto yeni inkişaf mərhələsinə daxil olur - Azər Qarayev

    15 Fevral 2024 16:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan de-fakto yeni inkişaf mərhələsinə daxil olur - Azər Qarayev
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Prezident İlham Əliyev fevralın 14-də baş tutuan andiçmə mərasimində Azərbaycanın gələcək inkişaf hədəfləri, ölkəmizin keçdiyi uğurlu inkişaf yolu və digər önəmli məsələlərlə bağlı vacib bəyanatlar səsləndirdi.

    Bunu AzerVoice-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

    A.Qarayev bildirib ki, Prezident seçkiləri ilə yeni dövrə başlayan Azərbaycan qarşıdakı illər üçün yeni hədəflərini müəyyənləşdirdi:

    "Azərbaycan bütün dövrlər üçün uğurlu inkişaf yolunu tapmağı bacarıb. Prezident İlham Əliyev Azərbaycanın həyatında mühüm rola malik olan, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Prezident seçkilərində xalqın 92,12 faiz səsini qazanaraq, Prezident seçildi. Bu, müasir Azərbaycanın Zəfər tarixinin vacib hissələrindəndir.

    Son il 20 ərzində Azərbaycanın misli görünməmiş quruculuq salnaməsinin hər bir səhifəsi, xarici siyasət və beynəlxalq əlaqələrdən tutmuş iqtisadi və sosial sahələrə qədər əldə edilən möhtəşəm nailiyyətlərin xronikası kifayət qədər geniş və zəngin olub.

    Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın əsas problemi olan Qarabağ problemi qəti şəkildə həll edildi. Bu ilin 20 sentyabrında isə cəmi bir günlük uğurlu antoterror tədbirindən sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyuldu. Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail oldu, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirdi”, - deyə o əlavə edib.

    A.Qarayev vurğulayıb ki, bütün bunlara görə Azərbaycan Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə daxil olur.

    “Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirdi və Prezident İlham Əliyev növbəti dəfə xalqın dəstəyini topladı. Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan - intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli liderdir.

    Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da öhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, İlham Əliyevin liderlİyi milli dövlətin formalaşmasında və inkişafında həlledici rol oynamaqda davam edir”, - deyə A.Qarayev qeyd edib.

    Onun sözlərinə görə, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın gələcək inkişaf xəritəsini də cızmış oldu.

    “Güclü ordu quruculuğunun davam etdirilməsi, hərbi sənayenin inkişafı, hərbi sənayenin inkişafının 2-ci mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılması, 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılmağa başlanmış addımların uğurla tamamlanması əsas hədəflər sırasındadır.

    Azərbaycanı xarici risklərdən qorumaq üçün sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi də zəruridir. Yeni dövrün təhdidlərinə qarşı olaraq Azərbaycanda ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji təzyiqlərə davamiyyətinin artırılması olduqca vacibdir. Bu gün bir çox dövlətlər məhz bu problemdən əziyyət çəkirlər. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənclərin bu dəyərlər əsasında böyüməsi önəmlidir.

    Dünayda qütbləşmənin sürətlə getdiyi bir dönəmdə Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrin qardaşlıq münasibətləri var və onları sıx əlaqələr birləşdirir. Biz artıq görürük ki, Türk Dövlətləri arasında iqtisadi, sosial əlaqələr sürətlə inkişaf edir. Hətta bu amil bir sıra güclər tərəfindən qısqanclıqla da qarşılanır, Türk Dövlətlərinin güclənməsinin qarşısını almağa da çalışırlar, lakin Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi üçün bundan sonra da fəaliyyətini davam etdirəcək”, - polkovnik deyib.

    A.Qarayev əlavə edib ki, ötən 20 il onu deməyə əsas verir ki, Azərbaycanın yeni inkişaf mərhələsi də zəfərlərlə, qələbələrlə və uğurlarla zəngin olacaq.

    #Azər Qarayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycanın balanslı siyasəti Yaxın Şərqdə sabitlik nümunəsi kimi qiymətləndirilir

    12 May 2026 22:31

    Vəziyyət gərginləşdi: Müharibə yenidən başlayır

    5 May 2026 13:15

    İranın siyasi labirinti: Qalibafın "İstefası" və güc mərkəzlərinin mübarizəsi

    25 Aprel 2026 19:34

    İranda hakimiyyət daxilində qarşıdurma dərinləşir, əsas güc Xamenei ailəsinin əlindədir - Rufiz Hafizoğlu

    21 Aprel 2026 13:14

    İranın ABŞ-ın regiondan çıxması tələbi tamamilə qeyri-realdır - Rufiz Hafizoğlu

    20 Aprel 2026 21:01

    Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

    10 Aprel 2026 22:25

    Papaq sadəcə bir geyim deyil - bu, kimliyin özüdür

    7 Aprel 2026 10:30

    Türkiyə və Azərbaycan media sahəsində qardaşlıq və ittifaqı inkişaf etdirəcəyik - Cihangir İşbilir

    28 Mart 2026 11:45

    Türkiyənin enerji təhlükəsizliyi və tədarükündə heç bir problem yoxdur - Alparslan Bayraktar

    11 Mart 2026 10:40

    Azərbaycan və İtaliya arasında mövcud olan güclü tərəfdaşlıq əlaqələri beynəlxalq səviyyədə təqdir edildi - Azər Qarayev

    9 Sentyabr 2024 15:37

    AŞPA kimi bütün dairələr anlamalıdırlar ki, Azərbaycanla heç bir halda diktə dilində danışmaq mümkün deyil - Azər Qarayev

    25 Yanvar 2024 17:57

    Fransanın agentura şəbəkəsinin ifşası Azərbaycan xüsusi xidmət orqanlarının əzmkar fəaliyyətinin nəticəsidir - Azər Qarayev

    22 Dekabr 2023 19:01
    XƏBƏR LENTİ

    Audi, 1000 at güclü V8 mühərrikli "Nuvolari" superkarı təqdim etdi

    Tarixdə bu gün - 8 İyun

    İran İsrailə hücum edib

    İranın Amazonu olmaq arzusu - Sanksiya mühitində yaranan startaplar

    Faunanın gizli dünyası: Canlılar haqqında heyrətamiz elmi faktlar

    Paşinyanın partiyası Ermənistan seçkilərində səslərin 56,7 faizi ilə liderlik edir - "Exit-poll"

    Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

    İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək

    Ərdoğan iqlim böhranını “müharibə qədər təhlükəli” adlandırdı

    Müstəmləkə tələsindən regional imperiyaya: Tehranın yüksəlişində bin Laden və Buş faktoru

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.