Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika / Neft və qaz
    Neft və qaz

    Azərbaycan ötən il qaz hasilatını artırıb

    11 Fevral 2024 06:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Azərbaycan ötən il qaz hasilatını artırıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice:

    Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 74 min metrə yaxın qazma işləri həyata keçirilib.

    SOCAR-dan AzerVoice-a bildirilib ki, bu, 2022-ci ilin nəticələri ilə müqayisədə 1,2 faiz çoxdur. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,7 milyon ton neft, 8,4 milyard kubmetr qaz hasil olunub. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı nisbətən stabil qalıb, qaz hasilatında isə 4 faiz artım qeydə alınıb. Ölkə üzrə qaz hasilatında da artım tendensiyası davam edib və 2022-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 3,3 faiz artaraq, 48,3 milyard kubmetr təşkil edib. Ümumilikdə isə il ərzində Azərbaycanda 30,1 milyon tondan çox xam neft hasil olunub.

    Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 17,8 milyon ton təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı isə 6,9 faiz artaraq 23,9 milyard kubmetr olub. Hesabat dövründə ölkə üzrə təbii qazın istehlakı 13,4 milyard kubmetr təşkil edib.

    2023-cü ildə SOCAR tərəfindən 6,3 milyon ton neft, 3,5 milyard kubmetr qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 2,2 milyon tondan çox neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

    #Azərbaycan
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47

    Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

    17 İyul 2026 18:32

    Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

    17 İyul 2026 17:57

    Azərbaycan və Rusiya bir sıra istiqamətlər üzrə birbaşa aviareysləri bərpa etməyi planlaşdırır - Bayramov

    17 İyul 2026 17:27

    Ermənistan və Azərbaycan arasında de-fakto sülh mövcuddur - Ceyhun Bayramov

    17 İyul 2026 16:24

    Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

    17 İyul 2026 14:59

    Ceyhun Bayramov rusiyalı həmkarı ilə görüşüb

    17 İyul 2026 14:21

    Sahibə Qafarova Fələstin Baş naziri ilə görüşüb

    16 İyul 2026 17:37

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    16 İyul 2026 10:58

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    16 İyul 2026 10:48

    Ceyhun Bayramov Rusiyaya rəsmi səfərə yollanıb

    16 İyul 2026 09:19

    Sahibə Qafarova Slovakiya Prezidenti Peter Pelleqrini ilə görüşüb

    15 İyul 2026 18:50
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 18 İyul

    Tramp Media yeni xidmətlə böyük texnologiya şirkətlərinə meydan oxuyur

    Bitkoin imperiyasında ilk çatlar? Strategy-nin satışı bazarı silkələyib

    ABŞ Boeing 737 MAX və 787 təyyarələri ilə bağlı yeni qərar qəbul edib

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    İran Əl-Üdeyd Hərbi Hava Bazasını vurduğunu iddia edib

    Yəməndə husilərdən diqqətçəkən açıqlama - Bütün variantlar masadadır

    Qətərin sərt bəyanatı Yaxın Şərqdə qüvvələr nisbətini dəyişə bilərmi?

    Böyük Britaniyada İranla bağlı yeni casusluq işi açılıb

    ABŞ qüvvələri Çabahar limanındakı müşahidə qülləsini məhv edib - CENTCOM

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.