Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.
Rəsmi Xronika
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda qeyd olunub: "Hörmətli İlham Heydər oğlu. Əziz qardaşım. Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.
Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz ölkənizin mənafeyi naminə xalqınızın və dahi atanızın gözləntilərini layiqincə doğruldursunuz.
Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişusti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli İlham Heydər oğlu. Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.
Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Sizin müdrik rəhbərliyinizlə qardaş Azərbaycan dövlətçiliyin möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində və xalqın rifahının yaxşılaşdırılmasında əhəmiyyətli uğurlar qazanıb.
Ukraynanın Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Çox hörmətli cənab Prezident. Zati-alinizin doğum günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin liderliyiniz sayəsində Azərbaycan müasir və uğurlu bir dövlətə çevrilmiş, beynəlxalq aləmdə öz rolunu və nüfuzunu inamla gücləndirərək, dövlət üçün mühüm nəticələrə, o cümlədən ərazi bütövlüyünün bərpasına və möhkəmləndirilməsinə nail olmuşdur.
Ölkəmizdə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.Ölkə Prezidenti bildirib ki, dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri vardır.
Prezident İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət ünvanlayıb.
Prezident İlham Əliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin bir qrup əməkdaşının təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, təhsilin inkişafında xidmətlərinə görə universitet əməkdaşları “Şərəf” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni və “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Təltif olunanlar sırasında elm və təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyəti ilə fərqlənən müəllim və əməkdaşlar yer alır. Eyni zamanda, Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Nağıyev Nizami Həsən oğluna Prezidentin fərdi təqaüdü verilib.
Prezident İlham Əliyev milli bayram münasibətilə Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bina Həməd Al Tanini və qardaş Qətər xalqını təbrik edib. dövlətimizin başçısı təbrik məktubunda qeyd edib: “Ortaq dini-mədəni dəyərlərə, qardaşlığa, İslam həmrəyliyinə əsaslanan Azərbaycan-Qətər münasibətlərinin səviyyəsi bizi sevindirir. Əminəm ki, qarşılıqlı etimad və dəstək üzərində qurulmuş dövlətlərarası münasibətlərimizi möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə Qətərin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda Azərbaycan və Qətər arasında ortaq dini-mədəni dəyərlərə, qardaşlıq və İslam həmrəyliyinə əsaslanan münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb. Dövlət başçısı qarşılıqlı etimad və dəstək üzərində qurulan ikitərəfli və çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Əmirə möhkəm cansağlığı və fəaliyyətində uğurlar, qardaş Qətər xalqına isə sülh və firavanlıq arzulayıb.