Rəsmi Xronika

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Zati-aliləri, Gürcüstan hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İcazə verin, bu əlamətdar gündə Sizə öz dərin ehtiramımı ifadə edim. Qeyd etmək istərdim ki, Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası əhəmiyyəti uğurlara nail olmuşdur. Gürcüstanı və Azərbaycan Respublikasını tarixi dostluq və sarsılmaz strateji tərəfdaşlıq bir-birinə bağlayır və bu da regionda sabitliyin və rifahın təmin olunmasına öz töhfəsini verir. Mən qətiyyətlə inanıram ki, birgə səylərimiz nəticəsində ölkələrimiz arasında mövcud olan əlaqələr daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb. Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının dekabrın 21-də keçirilmiş iclasında iştirak etməyib.