Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ABŞ Prezidenti Donald Tramp arasında səmimi dialoq baş tutub. Qeyri-rəsmi dialoq Dünya İqtisadi Forumu çərçivəsində “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi zamanı baş tutub. Qeyd edək ki, Sülh Şurasının bəyan edilmiş məqsədi “sabitliyə töhfə vermək, qanuni idarəetməni bərpa etmək və münaqişə bölgələrində davamlı sülhü təmin etmək”, ilk növbədə isə 2023–2025-ci illər müharibəsindən sonra Qəzza sektorunda bu məqsədlərə nail olmaqdır.
Rəsmi Xronika
Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimi keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi ilə görüşüb.
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosla görüşüb. Söhbət zamanı Marta Kosun ötən il Azərbaycana, o cümlədən Qarabağa səfəri və dövlətimizin başçısı ilə görüşü məmnunluqla xatırlandı. Marta Kos işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin onda dərin təəssürat hissi yaratdığını bildirdi.
Ümumdünya İqtisadi Forumu çərçivəsində yanvarın 21-də Davosda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp xüsusi müraciətlə çıxış edib. Sonra Donald Trampın iştirakı ilə panel iclas keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Prezident İlham Əliyevin Qlobal geosiyasi və iqtisadi qeyri-müəyyənliklərin dərinləşdiyi bir mərhələdə sülh anlayışı təkcə təhlükəsizlik məsələsi deyil, dayanıqlı inkişafın əsas şərti kimi ön plana çıxır. Münaqişədən sonrakı dövrdə əldə olunan razılaşmaların real nəticələrə çevrilməsi regionların gələcək taleyini müəyyən edən həlledici amilə çevrilir. Bu baxımdan, Cənubi Qafqazda formalaşmaqda olan yeni reallıqlar sülhün yalnız siyasi deyil, həm də sosial və iqtisadi dəyər daşıdığını aydın şəkildə ortaya qoyur. Dünyanın ən mötəbər iqtisadi və siyasi platformalarından olan Davos Dünya İqtisadi Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirakı postmünaqişə dövründə ölkənin regional və qlobal gündəmdə tutduğu yeni mövqenin parlaq təzahürüdür. Ərazi bütövlüyümüzün və suverenliyin bərpa olunmasından sonra Azərbaycanda formalaşan təhlükəsizlik mühiti, strateji sabitlik Prezident İlham Əliyevin çıxışında iqtisadi inkişaf üçün fundamental baza kimi təqdim olundu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb. Söhbət zamanı İsxak Hersoqun ölkəmizə səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Sülh Şurasına təsisçi üzv dövlət qismində Azərbaycan Respublikasını dəvət etdiyiniz məktuba görə Sizə minnətdaram. Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa ünvanlandığı məktubda yer alıb.
Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa məktub ünvanlayıb.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.