"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Rəsmi Xronika
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyasının Nizamnaməsində dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Prezident İlham Əliyev Avstraliya İttifaqının milli bayramı münasibətilə General-Qubernator Samanta Mostinə təbrik məktubu göndərib. Məktubda Azərbaycan və Avstraliya arasında münasibətlərin dostluq və qarşılıqlı fayda əsasında inkişaf edəcəyinə əminlik ifadə olunub. Dövlət başçısı iki ölkə arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün birgə səylərin vacibliyini vurğulayıb. Prezident İlham Əliyev Avstraliya xalqına sülh, firavanlıq, General-Qubernatora isə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da İsrail Dövlətinin xarici işlər naziri Gideon Saarı qəbul edib. Söhbət zamanı bir neçə gün əvvəl Davosda Azərbaycan və İsrail prezidentlərinin görüşü məmnunluqla xatırlandı, həmin görüş əsnasında ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirildi. Ölkələrimiz arasında münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə uğurlu inkişafı vurğulandı, kənd təsərrüfatı, su resurslarının idarə olunması, yüksək texnologiyalar, həmçinin süni intellekt sahələrində əməkdaşlıq məsələləri qeyd edildi, müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin və təmasların əməkdaşlığın dərinləşdirilməsi işinə verdiyi töhfəyə toxunuldu.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu Prezident İlham Əliyevin təltif edilməsi ilə bağlı paylaşım edib. Bununla bağlı Fondun "X" sosial şəbəkə hesabında qeyd edilib. "Prezident İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı"na Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoq dilinin təşviqi istiqamətində göstərilən səylərə görə layiq görülüb", - paylaşımda vurğulanıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurası Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Möhtərəm cənab Prezident, Uca Yaradana çox şükürlər olsun ki, Zati-alilərinizi davamlı uğur və nailiyyətləriniz münasibətilə təbrik etmək səadətini bizlərə nəsib edir. Cənabınızı Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyiniz səylərə görə beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uca bəşəri dəyərlər naminə fəaliyyətinizdə yeni zirvələr arzulayırıq.
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda “Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində görüşləri. Davos 19-22 yanvar 2026-cı il” sözləri yer alıb.
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında dövlət başçısının "Sülh Şurası Nizamnaməsi"nin imzalanma mərasimində iştirakı və ABŞ prezidenti ilə görüşü əks olunan görüntülər dərc olunub. Paylaşımda deyilir: "Prezident İlham Əliyevin “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimində iştirakı və ABŞ Prezidenti ilə görüşü (Davos, 22 yanvar 2026-cı il)"
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İsveçrəyə səfərindən görüntülər paylaşılıb. Paylaşımda deyilir: "Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında (Davos, 19-21 yanvar 2026-cı il)".
Davosda Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında geniş tərkibdə görüş başlayıb.