Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

    20 Avqust 2026 16:10
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əziz Əliyevin 130 illiyi qeyd ediləcək
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyi qeyd ediləcək.

    Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.

    Sərəncamda qeyd edilib ki, 2027-ci ilin yanvar ayında Azərbaycanın görkəmli dövlət və elm xadimi, səhiyyə təşkilatçısı, tibb elmləri doktoru, professor Əziz Məmmədkərim oğlu Əliyevin anadan olmasının 130 illiyi tamam olur.

    "Yüksək amallara və humanist ideallara sadiq əsl vətənpərvər ziyalı kimi Əziz Əliyev şərəfli bir ömür yolu keçmiş və gələcək nəsillər üçün xalqa xidmətin parlaq nümunəsini yaratmış nadir şəxsiyyətlərdəndir. O, ən müxtəlif məsul vəzifələrdə çalışarkən milli təəssübkeşlik hissi ilə daim dövlət quruculuğu və idarəçiliyin təkmilləşdirilməsi istiqamətində olduqca səmərəli fəaliyyət göstərmişdir. Azərbaycanda səhiyyə sisteminin yeni əsaslar üzərində qurulmasında, tibb təhsilinin dövrün standartlarına uyğun formalaşdırılmasında və bu sahədə yetkin milli kadrların hazırlanmasında Əziz Əliyevin müstəsna rolu vardır. Əziz Əliyev İkinci Dünya müharibəsi illərində hərbi-siyasi əhəmiyyəti ilə seçilən bir sıra mühüm işlərə böyük uğurla rəhbərlik etmişdir. O, Azərbaycan tarixinin həlledici məqamlarında xalqın taleyüklü məsələlərinə münasibətdə atdığı qətiyyətli addımlarla dövlət idarəçiliyi məktəbini zənginləşdirmişdir. Azərbaycan və Dağıstan arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə göstərdiyi fədakarlıqlar və verdiyi töhfələr Əziz Əliyevin adını xalqlarımızın dostluq və qardaşlığının həqiqi rəmzinə çevirmişdir", - deyə Sərəncamda bildirilib.

    Sərəncama əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə birlikdə görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

    Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Türkmənistan arasında iqtisadi əməkdaşlığa dair saziş təsdiqlənib

    21 Avqust 2026 15:50

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi ilə bağlı paylaşım edilib

    21 Avqust 2026 15:32

    Prezident İlham Əliyev azad edilmiş ərazilərdə bərpa-tikinti işlərinə dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığını bildirib

    21 Avqust 2026 14:49

    Prezident İlham Əliyev: Azərbaycanın “C6” formatında iştirakı ölkəmizin regionlararası əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfənin göstəricisidir

    21 Avqust 2026 14:12

    Prezident İlham Əliyev: Özbəkistanla həyata keçirilən birgə layihələr iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsinə əhəmiyyətli töhfə verir

    21 Avqust 2026 14:11

    Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb

    21 Avqust 2026 14:10

    Prezident İlham Əliyev: Azərbaycanla Özbəkistan TDT-ni ortaq tariximizi və mədəniyyətimizi gələcəyə daşıyan birlik kimi dəyərləndirir

    21 Avqust 2026 14:09

    Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistanın iqtisadi imkanları yeni əməkdaşlıq formatlarının yaradılması üçün geniş üfüqlər açır

    21 Avqust 2026 14:08

    Prezident İlham Əliyev: Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır

    21 Avqust 2026 14:07

    Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

    21 Avqust 2026 13:50

    Azərbaycanda turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiqlənib

    20 Avqust 2026 16:29

    Prezident İlham Əliyev Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirib

    19 Avqust 2026 13:41
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.