Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər

    22 Aprel 2026 12:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.

    VOA xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev bəyanatla çıxış etdi.

    - Hörmətli cənab Prezident.

    Əziz qonaqlar.

    Xanımlar və cənablar.

    Cənab Prezident, Azərbaycana bir daha xoş gəlmisiniz. Çox şadam ki, dəvətimi qəbul etmisiniz və ölkəmizə rəsmi səfərə gəlmisiniz. Siz əvvəlki vəzifənizdə olarkən dəfələrlə Azərbaycanda olmusunuz. Lakin Prezident kimi ilk dəfədir səfər edirsiniz. Mənim əvvəlki görüşlərdən, o cümlədən ötən ilin yanvarında Davosda keçirilmiş görüşdən çox əziz xatirələrim var. Bizimlə olduğunuza görə bir daha minnətdaram. Əminəm ki, səfər ölkələrimiz arasında ikitərəfli münasibətləri gücləndirəcək, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

    Cənab Prezidentlə ikitərəfli gündəliyimizin müxtəlif aspektlərini, o cümlədən beynəlxalq əhəmiyyət kəsb edən məsələləri həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərin iştirakı ilə geniş şəkildə müzakirə etdik. Şadıq ki, əməkdaşlığımızın çox güclü çərçivəsi var. Doqquz il əvvəl ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə həmçinin hüquqi çərçivəni yaradır və münasibətlərimizi ən yüksək səviyyəyə qaldırır. Biz elə bunun əsasında tərəfdaşlığı müxtəlif sahələrdə inkişaf etdirmək üçün sıx çalışmışıq.

    Cəmi bir həftə əvvəl Birgə Hökumətlərarası Komissiya Azərbaycanda - Qarabağda, Şuşada görüş keçirib və biz həmsədrlərin verdiyi məlumatları dinlədik, çox perspektivli planlar, bir yerdə görüləcək çoxlu işlər qeyd edildi. Bu gün keçiriləcək biznes-forum işgüzar əlaqələrin qurulmasında, qarşılıqlı sərmayələr üçün imkanların tapılmasında, birgə istehsalın və bir sıra digər işlərin qurulmasında çox böyük potensialın növbəti təzahürüdür. Mən iştirakçıların siyahısına baxdım. Hər iki tərəfdən kifayət qədər böyük təmsilçilik var. Ümidvarıq ki, bu cür qarşılıqlı fəaliyyət praktiki müqavilələrlə nəticələnəcək.

    Biz, həmçinin razılığa gəldik ki, planlar, proqramlar və sərmayə imkanları barədə bir-birimizə daim məlumat verəcəyik ki, hər iki ölkə şirkətlərinin informasiyaya çıxışı olsun və onlar öz fəaliyyətini planlaşdıra bilsinlər. Düşünürəm ki, hər iki ölkəyə yatırılacaq sərmayələr çox gözəçarpan nəticələr verə biləcək. Azərbaycanın istər dövlət, istərsə də özəl sərmayədarları bu cür fəaliyyətə hazırdır və ümid edirəm ki, biznes-forum bu vaxta qədər, əfsuslar ki, bir az mülayim görünən qarşılıqlı ticarətimizin dövriyyəsinin artırılmasında həqiqətən mühüm mərhələyə çevriləcək.

    Nəzərdən keçirmək razılığına gəldiyimiz digər sahə birbaşa uçuşlardır. Bu, xüsusən də, müəyyən pozulmalar, həmçinin bəzi hava şirkətləri üçün aviayanacağın müəyyən dərəcədə çatışmaması ilə səciyyələnən indiki dövrə təsadüf edir və xoşbəxtlikdən Azərbaycanın hava şirkəti bundan əziyyət çəkmir. Bu, digər bir fürsət ola bilər.

    Təbii ki, insanlar arasında təmaslar və təhsil sahəsi də var. Şadıq ki, Latviyada 450-dən artıq azərbaycanlı tələbə təhsil alır və əminəm ki, onların hamısı gözəl ölkənizdə olmaqdan məmnundur. Çoxsaylı səfərlərim yadıma düşür və Sizi ölkənizin inkişafında əldə olunmuş bütün nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.

    Biz, həmçinin Cənubi Qafqaz və Baltik regionda təhlükəsizlik məsələlərini, regional inkişafı və ətrafımızda baş verən hadisələri müzakirə etdik. Mən cənab Prezidentə Azərbaycanla Ermənistan arasında çox perspektivli sülh prosesinə aid ən son məlumatları çatdırdım. Əslində, ötən ilin avqust ayından etibarən hər iki ölkə Prezident Tramp tərəfindən Ağ Evə dəvət olunandan və Birgə Bəyanat imzalanandan sonra və xarici işlər nazirlərinin sülh sazişin mətnini parafladıqdan sonra bizdə defakto sülh var. Həmin vaxtdan etibarən sülh prosesində xeyli müsbət dinamika yaşandı, o cümlədən ticarət başlandı, xüsusən də Azərbaycandan Ermənistana yanacaq məhsulları təchiz olundu, vətəndaş cəmiyyəti nümayəndələri arasında görüşlər keçirildi və bütün bunlar uzun illər müharibə şəraitində olan ölkələr arasında, həmçinin normal mühitin yaradılmasına töhfə verir. Bir sözlə, bu nümunə göstərir ki, məhz siyasi iradə və siyasi müdriklik, o cümlədən gələcəyə strateji baxışlar hadisələri təyin edir: Siz ya sonsuz müharibəni və ya müharibələri davam etdirirsiniz, yaxud beynəlxalq hüquq əsasında istədiyinizə nail olduqda birdəfəlik dayanırsınız və sülhə hazır olduğunuzu nümayiş etdirirsiniz. Düşünürəm ki, həmin nümunə hələ də müharibədə olan ölkələr üçün vacib ola bilər.

    Bir daha söyləmək istərdim ki, ölkələrimiz arasında münasibətlər çox möhkəm çərçivəyə əsaslanır. Eyni zamanda, düşünürəm ki, onun mühüm hissəsini cənab Prezidentlə olan şəxsi münasibətlərimiz təşkil edir. Biz bir-birimizi uzun illərdir ki, tanıyırıq və fikrimcə, bəlkə də 20 ilə yaxındır. Şəxsən mən çox şadam ki, əziz dostumuzu və onun nümayəndə heyətini Bakıda qəbul edirəm. Bir daha xoş gəlmisiniz və Sizə xoş səfər arzu edirəm.

    x x x

    Sonra Latviya Prezidenti Edqars Rinkeviçs bəyanatla çıxış etdi.

    Prezident Edqars Rinkeviçsin bəyanatı

    -Çox sağ olun, cənab Prezident.

    Əvvəla, mən Latviya nümayəndə heyəti adından və öz adımdan Sizin çox böyük qonaqpərvərliyinizə və səmimi qəbula görə minnətdarlığımı ifadə etmək istəyirəm.

    Hesab edirəm ki, bu gün apardığımız müzakirələr çox müsbət, praqmatik olmuşdur və gələcək əməkdaşlığa yönəlmişdir.

    Mənim Bakıya rəsmi səfərim, mənim Azərbaycan Respublikasına rəsmi səfərim əslində 2017-ci ildə imzalanmış strateji tərəfdaşlığımızın prinsiplərini bir daha təsdiq edir.

    Düşünürəm ki, bu gün qəbul etdiyimiz Bəyanatda strateji tərəfdaşlığımızı necə irəli aparmaq istədiymizlə bağlı bəzi addımlar atmışıq.

    İcazə verin onu da deyim ki, nümayəndə heyətimə həm də bir neçə hökumət rəsmisi, – xarici işlər naziri, kənd təsərrüfatı naziri, Daxili İşlər Nazirliyinin dövlət katibi, Sərhəd Xidmətinin rəisi, – həm də geniş biznes təmsilçiləri daxildir. Mən iqtisadi əməkdaşlığa şərait yaratmaq üçün bu gün burada Bakıda keçiriləcək biznes-forumunu səbirsizliklə gözləyirəm.

    İqtisadi əməkdaşlığa gəldikdə, hesab edirəm və sizin də çox diplomatik şəkildə ifadə etdiyiniz qiymətləndirmənizlə tam razıyam ki, aramızdakı ticarət dövriyyəsi çox mülayimdir və artırılmalıdır. İnanıram ki, müdafiə sənayesi, nəqliyyat, əczaçılıq sahələrində çoxlu imkanlar var və biz təcrübələrimizin necə paylaşılması ilə bağlı bəzi praktiki yolları müzakirə etdik.

    Bildiyiniz kimi, Latviya meşələr ölkəsidir və biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı, cənab Prezident, Sizin qarşıya qoyduğunuz planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz sizin üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik.

    Həmçinin düşünürəm ki, keçən həftə Azərbaycanda, Şuşada keçirilən Hökumətlərarası Komissiyanın iclasında artıq bəzi praktiki məsələlər müzakirə olunub. Ümidvaram ki, həm Komissiyanın işindən, həm də bu gün mübadilə etdiyimiz ideya və qəbul etdiyimiz qərarların praktiki nəticələrini görəcəyik.

    İcazə verin vacib olduğunu düşündüyüm digər mövzuları da diqqətinizə çatdırım.

    Birincisi, mən cənab Prezidenti və bütün Azərbaycan xalqını Azərbaycanla Ermənistan arasında sülh sazişi prosesinə başlanılması münasibətilə təbrik etmək istəyirəm. Biz bu məsələnin sürətli şəkildə irəliləməsinə ümid edirik. Biz bunu və Sizin bu məsələdəki mövqeyinizi çox dəstəkləyirik. Ümid edirik ki, təkcə nəinki regionun təhlükəsizliyi üçün, ümumilikdə bütün dünya üçün önəmli olan bu sazişin yekunlaşmasını görəcəyik.

    Həmçinin vurğulamaq istədiyim digər bir məsələ də var. Biz Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq sahəsində müsbət addımların atıldığını müşahidə edirik. Biz bir məxsusi məsələni müzakirə etdik və mən bu məsələdə bizim tam dəstəyimizi vurğulamaq istəyirəm. Bu məsələ vizasız rejimin tətbiq edilməsidir, çünki biz çoxlu məsələləri müzakirə edə bilirik və biz bağlantı, daşımalar, birbaşa uçuşlarla bağlı bu qənaətə gəldik. Lakin Azərbaycan vətəndaşlarının Avropa İttifaqına və Avropa vətəndaşlarının sizin gözəl ölkənizə sərbəst çıxışı vacibdir. Çünki təkcə nəinki şirkətlər üçün, həmçinin xalqlararası təmaslar və turizm üçün böyük potensial mövcuddur.

    Əlbəttə ki, biz Azərbaycanın xüsusilə Trans-Xəzər nəqliyyat dəhlizində, həmçinin energetika sahəsində rolunu həm Latviya, həm də ümumilikdə Avropa İttifaqı üçün strateji bir dəyər kimi görürük.

    Yekun olaraq icazə verin deyim ki, biz Prezidentin dediyi kimi, regionda cərəyan edən hadisələr barədə çoxlu müzakirələr apardıq. Biz Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək dəyərləndiririk. Lakin biz, eyni zamanda, cənab Prezident və onun heyətinin İranda və Yaxın Şərqdə cərəyan edən hadisələrlə bağlı söylədiklərinə də qulaq asırıq. Bir daha fürsətdən istifadə edərək bu yaxınlarda Azərbaycana qarşı edilmiş dron hücumları ilə bağlı Latviyanın bu məsələdə Azərbaycanla tam həmrəy olduğunu ifadə etmək istəyirəm.

    Biz vəziyyətin normallaşması üçün atıla biləcək və atılmalı addımları müzakirə etdik. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Latviya bütün ölkələrlə işləməyə və onları dinləməyə hazırdır. Regional məsələlərə gəldikdə, Azərbaycanın səsini eşitmək və müdrikliyini görmək olduqca vacibdir.

    Cənab Prezident, Sizin söylədiyiniz kimi, biz dəfələrlə görüşmüşük. Əsasən mən xarici işlər naziri olaraq Bakıya səfər edəndə, sonra isə ötən il Davosda görüşlər keçirdik. İndi isə rəsmi səfərlə ölkənizə gəlməkdən böyük məmnunluq duyduğumu ifadə edirəm.

    İcazə verin deyim ki, biz Sizi Riqada qarşılamağı səbirsizliklə gözləyirik. Biz elə indicə hesabladıq, sonuncu səfərinizdən demək olar ki, 10 il ötüb. COVID illəri və bəzi digər məsələlər olmuşdur, lakin belə mübadilələr həmişə hər iki ölkə üçün faydalıdır. Belə mübadilələr, aramızda olan dostluq siyasi, iqtisadi və mədəni mübadilənin aparılmasına şərait yaradır.

    Mən ilk dəfə Bakıda, Azərbaycanda 2002-ci ildə olmuşam. Sonra isə dəfələrlə gəlmişəm. Düşünürəm ki, bu mənim altıncı və ya yeddinci səfərimdir. Sayını itirmişəm. Mən sadəcə hər zaman ölkənizin, xüsusilə də paytaxtınızın necə inkişaf etdiyini gördükdə heyran oluram. Çünki nazirlər və prezidentlər adətən paytaxtdan kənarda çox şeyi görmürlər. Biz Sizin bu məsələyə şəxsən diqqət yetirdiyinizi və bu prosesdə iştirak etdiyinizi bilirik.

    İcazə verin nitqimin sonunda, cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına ən xoş arzularımı çatdırım. Mən bu gün və bu rəsmi səfərdən əlavə bir çox görüşlərdə bizim sıx əməkdaşlığımızın davam etdirilməsini səbirsizliklə gözləyirəm.

    Çox sağ olun, cənab Prezident.

    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    Prezident İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər
    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    8 İyun 2026 18:33

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    6 İyun 2026 11:30

    Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    5 İyun 2026 19:27

    Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    5 İyun 2026 19:21

    Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib

    5 İyun 2026 18:04

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

    5 İyun 2026 15:32

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    5 İyun 2026 13:20

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    5 İyun 2026 12:25

    Prezident İlham Əliyev 2026-cı il Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciət ünvanlayıb

    5 İyun 2026 12:20

    Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib

    5 İyun 2026 10:16

    Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

    4 İyun 2026 22:47

    Rusiyanın Azərbaycanla həmişə çox yaxşı münasibətləri olub və bu davam edir - Vladimir Putin

    4 İyun 2026 22:44
    XƏBƏR LENTİ

    DÇ-2026-da boy fərqi 44 santimetrdən çoxdur: Turnirin ən uzun və ən qısa futbolçuları kimlərdir?

    Kütlələrin yeni seçimi: 2027 Rivian R2 elektrik krossoveri təqdim olundu

    Nümayişkaranə alış-veriş nədir? İnsanlar ehtiyac üçün, yoxsa başqalarının rəğbəti üçün alış-veriş edir?

    Lev Tolstoy niyə kəndli qiyafəsində monastıra ziyarətə yollanmışdı?

    Bu gün Altıgünlük müharibə başa çatdı

    Hansı qrafik kartı daha yaxşıdır: GeForce RTX 5070 ilə Radeon RX 9070 GRE modellərini 12 AAA oyununda müqayisə edildi

    Tarixdə bu gün - 10 İyun

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    İranın XİN rəhbəri bildirir ki, ölkə ətrafındakı xarici qüvvələr “davamlı risk” altındadır

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.