Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planını təsdiqləyib

    27 Fevral 2026 14:06
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planını təsdiqləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı təsdiqlənib.

    VOA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı” (bundan sonra – Fəaliyyət Planı) təsdiq edilməlidir.

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin edilməlidir.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti həyata keçirməlidir.

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;

    Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması, həmin vəsaitin bölgüsü, büdcə ilinin istənilən vaxtında digər istiqamətlər üzrə xərclənməsi və ilin sonunadək xərclənməməsinin (büdcəyə qaytarılmasının) təsirləri barədə təkliflərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidir.

    Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il dövlət büdcəsinin tərtibi prosesində, maliyyə ekspertizası aparılmaqla, zəruri maliyyə vəsaitinin ayrıca sətirlə nəzərdə tutulması üçün müvafiq işlər görməlidir;

    Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə razılaşdırmaqla, bu Sərəncamın 4.2-ci bəndində nəzərdə tutulan tədbirləri həyata keçirməlidir.

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirməlidir.

    Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və digər büdcə təşkilatlarına tapşırılsın, Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Mərkəzi Bankına, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikasının Hesablama Palatasına, Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına tövsiyə edilməlidir ki:

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etməlidirlər;

    Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası barədə aylıq məlumatları hər növbəti ayın 10-dək Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə təqdim etməlidirlər.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb

    31 İyul 2026 20:17

    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

    31 İyul 2026 19:30

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak ediblər

    31 İyul 2026 15:12

    Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

    31 İyul 2026 13:06

    Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

    31 İyul 2026 12:56

    Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

    31 İyul 2026 11:31

    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib

    31 İyul 2026 10:28

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

    31 İyul 2026 10:28

    Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib

    31 İyul 2026 10:26

    Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan bundan sonra da bütün başlanğıclarda bir-birini dəstəkləyəcək

    31 İyul 2026 09:47

    Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər

    31 İyul 2026 09:46

    Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun təltifolunma mərasimi keçirilib

    31 İyul 2026 09:45
    XƏBƏR LENTİ

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    HƏMAS-ın silahsızlanması mühüm dönüş nöqtəsidir - Tramp

    İsrail HƏMAS komandirinin müavininin öldürüldüyünü iddia edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.