Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    "Medianın İnkişafı Agentliyi" və "Sosial Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxslər yenidən təşkil olunur

    20 Fevral 2026 17:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    "Medianın İnkişafı Agentliyi" və "Sosial Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxslər yenidən təşkil olunur
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA

    "Medianın İnkişafı Agentliyi" və "Sosial Tədqiqatlar Mərkəzi" publik hüquqi şəxslər yenidən təşkil olunur.

    VOA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

    Fərmana əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin ona qoşulması yolu ilə və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxs Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ona qoşulması yolu ilə “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs qismində yenidən təşkil edilir.

    Müəyyən edilib ki:

    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən, habelə ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, bu sahədə mövcud tendensiyaları müəyyənləşdirən və dəyişiklikləri proqnozlaşdıran, həmin dəyişikliklərin cəmiyyətə mümkün təsirlərini araşdıran, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsini və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına (qurumlarına) təqdim edən publik hüquqi şəxsdir. “Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi” publik hüquqi şəxs (bundan sonra – Mərkəz) dünyada və regionda baş verən proseslərin təhlili, beynəlxalq münasibətlər və təhlükəsizlik məsələləri ilə bağlı fundamental araşdırmalar aparılması, bu məsələlərə dair ölkəmizin mövqeyinin beynəlxalq ictimai, siyasi və akademik dairələrə çatdırılması, Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) elmi-təhlili materiallarla təmin edilməsi sahəsində fəaliyyət göstərən, habelə azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən publik hüquqi şəxsdir.

    “Sosial Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hüquqları və öhdəlikləri, habelə əmlakı müvafiq olaraq Agentliyə və Mərkəzə keçir.

    Agentliyin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:

    Azərbaycan Respublikasının Prezidentinə:

    - Agentliyin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

    - Agentliyin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

    - Agentliyin ləğvi və yenidən təşkili;

    - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

    - Agentliyin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

    Agentliyə:

    - Yuxarıda qeyd edilənlər nəzərə alınmaqla, Agentliyin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi;

    - publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

    Mərkəzin təsisçisi səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

    Azərbaycan Respublikasının Prezidentinə:

    - Mərkəzin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;

    - Mərkəzin idarəetmə orqanlarının yaradılması, idarəetmə orqanlarının rəhbərlərinin (üzvlərinin) vəzifəyə təyin və vəzifədən azad edilməsi;

    - Mərkəzin ləğvi və yenidən təşkili;

    - nizamnaməsində nəzərdə tutulmayan məqsədlər üçün Mərkəzin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi;

    Nazirlər Kabinetinə:

    - Mərkəzin illik maliyyə hesabatlarının təsdiq edilməsi;

    - Mərkəzin təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;

    - Mərkəzin xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi;

    Mərkəzə:

    - inkişaf istiqamətlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirilməsi;

    - Mərkəzin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğlərinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq edilməsi.

    Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin və Mərkəzin yeni nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb

    31 İyul 2026 20:17

    Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb

    31 İyul 2026 19:30

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak ediblər

    31 İyul 2026 15:12

    Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək

    31 İyul 2026 13:06

    Prezident İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edib

    31 İyul 2026 12:56

    Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib

    31 İyul 2026 11:31

    Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib

    31 İyul 2026 10:28

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğız Fondunun maliyyə imkanları ikiqat artırılacaq

    31 İyul 2026 10:28

    Prezident İlham Əliyev qırğız həmkarını Azərbaycana dövlət səfərinə dəvət edib

    31 İyul 2026 10:26

    Prezident İlham Əliyev: Azərbaycan və Qırğızıstan bundan sonra da bütün başlanğıclarda bir-birini dəstəkləyəcək

    31 İyul 2026 09:47

    Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər

    31 İyul 2026 09:46

    Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarovun təltifolunma mərasimi keçirilib

    31 İyul 2026 09:45
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 1 Avqust

    BMT Baş katibi HƏMAS-la bağlı razılaşmanı müsbət qiymətləndirib

    Ağ Ev FIFA Dünya Çempionatı ilə bağlı təhlükəsizlik nəticələrini açıqlayıb

    Perunun yeni xarici işlər naziri ABŞ ilə münasibətlərin gücləndiriləcəyini bildirib

    İsrailin pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Deyr əl-Bələhdə bir neçə nəfər yaralanıb

    Hörmüz boğazı açıqdır, İran ona nəzarət etmir - ABŞ

    NXP şirkəti Ambarella-nı satın almaq üçün danışıqlar aparır

    İranın aktivlərini bütün dünyada axtarırıq - Skott Bessent

    Netanyahunun siyasəti İsraildə yenidən tənqid hədəfinə çevrilib

    HƏMAS-ın silahsızlanması mühüm dönüş nöqtəsidir - Tramp

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.