Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Rəsmi Xronika
    Rəsmi Xronika

    Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur

    10 Fevral 2026 20:29
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Prezident İlham Əliyev: Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Bu gün Azərbaycan ilə ABŞ arasındakı münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

    AzerVoice xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ABŞ-nin Vitse-Prezidenti Cey. Di. Vens ilə mətbuata birgə bəyanatında bildirib.

    Prezident İlham Əliyevin bəyanatı

    -Hörmətli cənab Vitse-prezident.

    Hörmətli qonaqlar.

    Xanımlar və cənablar.

    Cənab Vitse-prezidenti Azərbaycanda rəsmi səfərdə salamlamaq bizim üçün böyük şərəfdir. Bu gün bizim ikitərəfli gündəliyin bir çox məsələlərini əhatə edən əla söhbətimiz oldu. Biz Azərbaycana çox müsbət münasibətə görə Tramp-Vens administrasiyasına olduqca minnətdarıq. Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür. Altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və Strateji Tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır.

    Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.

    Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq. Biz Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətləri qaldırmışıq, o cümlədən özümüz Ermənistana neft məhsullarının təchizatına başlamışıq. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir. Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur.

    Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.

    Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri, imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir. Cənab Vitse-prezident, xoş gəlmisiniz.

    #Prezident İlham Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Edi Rama Prezident İlham Əliyevə məktub göndərib

    11 İyun 2026 20:54

    Qambiya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    11 İyun 2026 20:51

    Albaniya Respublikasının Prezidenti Prezident İlham Əliyevə məktub göndərib

    10 İyun 2026 18:47

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    10 İyun 2026 11:56

    Panama Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    8 İyun 2026 18:33

    Prezident İlham Əliyev İsveç Kralını təbrik edib

    6 İyun 2026 11:30

    Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə məktub ünvanlayıb

    5 İyun 2026 19:27

    Portuqaliya Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

    5 İyun 2026 19:21

    Küveyt Dövlətinin Əmiri Prezident İlham Əliyevə məktub göndərib

    5 İyun 2026 18:04

    Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına 1 milyon manat ayırıb

    5 İyun 2026 15:32

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib

    5 İyun 2026 13:20

    Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib

    5 İyun 2026 12:25
    XƏBƏR LENTİ

    Nyu-Yorkda bir milyon insan nüvə silahlarına qarşı küçələrə çıxdı: ABŞ tarixinin ən böyük tərksilah aksiyası

    Tarixdə bu gün - 12 İyun

    Azərbaycanla Estoniya arasında siyasi məsləhətləşmələr keçirilib

    Tramp: İran rəhbərliyi ilə yüksək səviyyədə danışıqlar nəticə verdi

    İranın “hamı üçün və ya heç kim üçün” mövqeyi nə deməkdir?

    ABŞ Mərkəzi komandanlığı: Hörmüz boğazı “nəqliyyat üçün açıqdır”

    BMT Baş katibi diplomatik həll yolunu necə izah edib?

    İşğal altındakı Qərb Sahəsində İsrail hücumları davam edir

    İsrail hücumları Livanın Sur rayonunda 6 nəfərin ölümünə səbəb olub

    Livanın cənubunda köçkünlər üçün kritik vəziyyət

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.