Hərb tarixi: Döyüş xronikası

1918-ci ilin 11-ci ayının 11-ci gününün 11-ci saatında Böyük Müharibə başa çatdı. Həmin gün səhər saat 5-də insan qüvvəsi və təchizatından məhrum qalan, həmçinin yaxın işğal təhlükəsi ilə üz-üzə qalan Almaniya, Fransanın Kompyen şəhəri yaxınlığında dəmir yolu vaqonunda Antanta dövlətləri ilə atəşkəs razılaşmasını imzaladı.

2001-ci il noyabrın 10-da, Ümumdünya Ticarət Mərkəzi və Pentaqona qarşı 11 sentyabr terror hücumlarından sonra ABŞ Prezidenti Corc Buş Birləşmiş Millətlər Təşkilatında çıxış edərək beynəlxalq ictimaiyyətdən dünyada terrorizmə qarşı mübarizədə yardım göstərməyi xahiş etdi. O, həmçinin terrorçulara sığınacaq verən istənilən yerə qarşı mübarizə aparacağına söz verdi.

2020 Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum – sülhə məcburetmə əməliyyatları nəticəsində ağır itkilər verən, ordusu darmadağın edilən Ermənistan 2020-ci il noyabrın 10-da təslimçilik bəyannaməsini imzalamağa məcbur oldu.

Fatihin babası Yıldırım Bəyazid dövründə Şərqi və Orta Anadoluda aparılan fəthlər, Şərqdən Teymur təhlükəsini Osmanlıların üzərinə çəkmişdi. Osmanlıların həmin bölgələri ikinci dəfə fəth etmələri isə Şərqdən yenə təhlükəli bir düşməni Anadoluya dəvət etdi. Şərqi Anadolu və İranı hakimiyyəti altında saxlayan Ağqoyunlu türkmən bəyi Uzun Həsən, dağıdılan Anadolu bəyliklərinin təhriki ilə Fatihə qarşı hərəkətə keçdi.

2020 Prezident İlham Əliyev "BBC News"a müsahibə verdi. Prezident İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində Azərbaycan Ordusunun Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etməsi ilə bağlı paylaşım etdi.