Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Hərb tarixi: Döyüş xronikası
    Hərb tarixi: Döyüş xronikası

    Ənvər Xoca dövrü - Albaniya ateist dövlətə necə çevrildi?

    12 İyul 2026 15:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ənvər Xoca dövrü - Albaniya ateist dövlətə necə çevrildi?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    Albaniya 1944–1985-ci illərdə ölkəyə rəhbərlik etmiş kommunist lider Ənvər Xocanın hakimiyyəti dövründə dünyanın ən qapalı və sərt totalitar rejimlərindən birinə çevrildi. Marksizm-leninizm və stalinizm ideologiyasına sadiqliyi ilə tanınan Xocanın idarəçiliyi ölkədə dini həyatın tamamilə məhdudlaşdırılması, siyasi repressiyalar və xarici dünyadan təcrid siyasəti ilə yadda qaldı.

    Ənvər Xoca 1908-ci ildə dindar müsəlman ailəsində dünyaya gəlib. Ailəsi ona Osmanlı dövlət xadimi Ənvər Paşanın adını verib. "Xoca" isə ləqəb deyil, ailəsinin soyadı olub. Sonradan kommunist ideologiyasını mənimsəyən Ənvər Xoca dini dövlət idarəçiliyindən tamamilə uzaqlaşdıran siyasət yürüdüb.

    Albaniya dünyadan təcrid edildi

    Hakimiyyəti dövründə Ənvər Xoca Albaniyanı beynəlxalq aləmdən faktiki olaraq təcrid edib. Xarici ölkələrlə iqtisadi, siyasi və sosial əlaqələr minimum səviyyəyə endirilib. Digər avtoritar rejimlərdən fərqli olaraq, Albaniya vətəndaşlarının xaricə səfərləri, xarici sərmayələrin ölkəyə daxil olması və beynəlxalq ticarət ciddi şəkildə məhdudlaşdırılıb.

    Hakimiyyət ölkədə daim xarici işğal təhlükəsinin mövcud olduğu fikrini təbliğ edib. Əhali İtaliya, Almaniya, ABŞ və digər dövlətlərin istənilən vaxt Albaniyanı işğal edə biləcəyi barədə təbliğatla üz-üzə qalıb. Bu siyasət ölkənin uzun illər qapalı idarə olunmasına zəmin yaradıb.

    1967-ci ildə Albaniya ateist dövlət elan edildi

    1967-ci ildə Ənvər Xoca Albaniyanı rəsmi olaraq ateist dövlət elan edib. Bundan sonra ölkədə bütün dini icmalara qarşı genişmiqyaslı kampaniya başlanılıb.

    Hakimiyyət məscidlərin və kilsələrin fəaliyyətini dayandırıb, çoxsaylı ibadət məkanları bağlanıb. Bəzi məscidlər müxtəlif təsərrüfat məqsədləri üçün istifadə olunub.

    Eyni zamanda azan oxunması qadağan edilib, dini bayramların keçirilməsinə icazə verilməyib. Qurani-Kərimin nəşri, oxunması və dini mövzuların açıq şəkildə müzakirəsi yasaqlanıb.

    Minlərlə din xadimi həbs olunub, dini nikahların bağlanması cinayət hesab edilib. Uşaqlara dini məzmunlu adların verilməsi məhdudlaşdırılıb. Dövlət müəssisələrində və şəhərlərdə qadınların baş örtüyündən istifadə etməsinə də icazə verilməyib.

    Mənbələrə görə, gizli şəkildə ibadət edən və ya dini ayinləri yerinə yetirən şəxslər ağır cəzalarla üzləşiblər.

    SSRİ və Çinlə münasibətlər də pozuldu

    Ənvər Xoca uzun müddət Sovet İttifaqının lideri İosif Stalini öz siyasi idealı hesab edib. Lakin Stalinin ölümündən sonra SSRİ rəhbəri Nikita Xruşşovun həyata keçirdiyi islahatlara qarşı çıxıb və nəticədə Moskva ilə münasibətlər kəskin şəkildə pisləşib.

    Daha sonra Albaniya Çin Xalq Respublikası ilə yaxınlaşsa da, Mao Tszedunun ölümündən sonra Pekinin islahat kursuna da sərt münasibət göstərilib. Bunun nəticəsində Albaniya həm Qərb dövlətlərindən, həm Sovet İttifaqından, həm də Çindən uzaq düşərək beynəlxalq aləmdə tam təcrid olunmuş ölkələrdən birinə çevrilib.

    Təxminən 700 min bunker inşa edildi

    Ənvər Xocanın hakimiyyəti dövründə ölkənin mümkün xarici hücumdan müdafiəsi məqsədilə Albaniya ərazisində təxminən 700 min beton bunker tikilib.

    Əhalisinin sayı təxminən 3 milyon olan ölkədə inşa edilən bunkerlər dünyanın ən iri müdafiə layihələrindən biri hesab olunur. Bu tikililər bu gün də Albaniyanın müxtəlif bölgələrində qalmaqdadır.

    Daxili repressiyalar geniş vüsət aldı

    Ənvər Xoca dövründə yalnız xarici təhlükə deyil, daxildə də siyasi repressiyalar geniş yayılıb. Hakimiyyətə yaxın şəxslər belə sonradan "xalq düşməni" elan edilə bilirdi.

    Bunun ən məşhur nümunələrindən biri uzun illər baş nazir olmuş Mehmet Şehudur. O, sonradan dövlətə xəyanətdə ittiham olunaraq vəzifədən uzaqlaşdırılıb. Rəsmi məlumatlarda onun intihar etdiyi bildirilsə də, bir sıra tarixçilər ölümünün siyasi sifariş nəticəsində baş verdiyini iddia edirlər.

    Rejimdən sonra kütləvi miqrasiya başladı

    Ənvər Xoca 1985-ci ildə vəfat etsə də, onun yaratdığı siyasi sistem bir neçə il daha fəaliyyətini davam etdirib. 1990-cı illərin əvvəlində kommunist rejiminin süqutu ilə minlərlə Albaniya vətəndaşı ölkəni tərk etməyə çalışıb. İnsanlar limanlara və sərhəd keçid məntəqələrinə axışaraq xaricə getmək üçün müxtəlif vasitələrdən istifadə ediblər.

    Hazırda Albaniya ilə Türkiyə arasında münasibətlərin inkişaf etdiyi, iki ölkə arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişləndiyi qeyd olunur.

    #Albaniya #Ənvər Xoca #Enver Hoca #Albaniya tarixi #kommunist Albaniya #Albaniya kommunizmi #1967-ci il Albaniya #Albaniyada islam #Albaniyada məscidlər #Albaniyada kilsələr #dini repressiyalar
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Albaniya Özbəkistandan olan investorların daha fəal iştirakını alqışlayır - Bayram Beqay

    17 İyun 2026 10:34

    Azərbaycan və Albaniya ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər

    18 Aprel 2026 20:19

    Albaniya prezidenti XIII Qlobal Bakı Forumunda iştirak etmək üçün Azərbaycana səfər edəcək

    28 Fevral 2026 10:22

    Albaniyada minlərlə etirazçı Rama hökumətinin istefasını tələb edib

    21 Fevral 2026 10:51

    Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib

    6 Dekabr 2025 09:17

    Tarixdə bu gün - 21 sentyabr

    21 Sentyabr 2025 00:01

    Albaniyada meşə yanğınları 24 saatdır davam edir

    13 Avqust 2025 16:07

    İran ABŞ və müttəfiqlərinin “xaricdə sui-qəsd və qaçırma” ittihamlarını rədd edib

    1 Avqust 2025 20:18

    Türkiyə Balkan dövlətlərini eyni masa ətrafında birləşdirir

    26 İyul 2025 09:43

    Türkiyənin sarsılmaz dəstəyinə görə minnətdarıq - Kosova

    17 İyun 2025 10:51

    İHH Qurban Bayramı çərçivəsində 60 ölkəyə qurban paylayıb

    11 İyun 2025 19:28

    Ən Yaxşı Snayper Komandası yarışında ilk üçlük Türkiyənin olub

    17 May 2025 17:14
    XƏBƏR LENTİ

    Bylock necə deşifrə edildi? MİT-in gizli əməliyyatının detalları və 15 iyul çevriliş cəhdinə gedən yol

    Daxili yaddaş problemi bitdi: Android proqramlarını SD-karta köçürməyin gizli yolu bəlli olub

    Infiniti yeni lüks idman SUV modelinin istehsalını təxirə sald;

    İraqda Əl-Zeydi hökumətinin tərksilah planı və daxili bölünmələr

    Bu gün xaçlılar Qüdsü işğal etdi

    Tarixdə bu gün - 15 İyul

    Qətər Husilərin Səudiyyə Ərəbistanına hücumunu sərt şəkildə pisləyib

    ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin üzvlərini təhdid edir - Kazım Qəribabadi

    İsrail-Livan danışıqları Romada məhsuldar keçib - ABŞ rəsmisi

    ABŞ-İran qarşıdurmasına qayıdış mülki şəxslər üçün böyük zərbədir - Volker Türk

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.