Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    İraqın yeni prezidenti seçildi: Nizar Amidi

    11 Aprel 2026 19:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İraqın yeni prezidenti seçildi: Nizar Amidi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Nailə Babazadə

    İraq Parlamenti keçirdiyi səsvermədə Kürdüstan Vətənpərvərlər İttifaqı (PUK) namizədi, 58 yaşlı Nizar Amidini 329 yerlik məclisdə ikinci tur səsvermə zamanı 227 səslə ölkənin yeni Prezidenti seçdi. Səsvermədə ümumilikdə 229 deputat iştirak edib.

    İraqda 2003-cü ildən sonra qurulan siyasi müvazinətə əsasən, prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu vəzifə üçün Kürdüstan Demokrat Partiyası (KDP) hazırkı Xarici İşlər naziri Fuad Hüseyni, Kürdüstan Vətənpərvərlər İttifaqı (PUK) isə Nizar Amidini namizəd göstərmişdi. Sözügedən post uğrunda KDP və KYB namizədləri də daxil olmaqla ümumilikdə 17 nəfər yarışırdı. Amedi seçildikdən sonra parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.

    İraq konstitusiyasına görə, prezidentin səlahiyyət müddəti 4 ildir və eyni şəxs yalnız bir dəfə yenidən seçilə bilər. Konstitusiyaya əsasən, Prezident seçildikdən sonra ən geci 15 gün ərzində parlamentdəki ən böyük blokun (Şiə) namizədini hökuməti qurmaqla vəzifələndirir.

    Qeyd edək ki, İraqda parlament seçkiləri 11 noyabr 2025-ci il tarixində keçirilmişdi. Ölkədə yaşanan siyasi fikir ayrılıqları səbəbindən yeni hökumət hələ də formalaşmayıb. Mövcud hökumət isə "cari işləri icra edən hökumət" kimi fəaliyyətini davam etdirir.

    Yeni Prezident KYB-nin Bağdad bürosunun rəhbəri olmaqla yanaşı, İraq Prezidentinin müşaviri və Ətraf Mühit naziri vəzifələrində çalışıb.

    #İraq #prezident #prezidentlik #Nizar Amedi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İraqdakı silahlı qrup tərksilah üçün ABŞ qüvvələrinin çıxmasını şərt qoyub

    29 Avqust 2026 18:52

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    İraq Bağdadda pilotsuz uçuş aparatlarının hazırlanması cəhdinin qarşısını alıb

    28 Avqust 2026 21:05

    İraqda yarımçıq qalan layihələrə 20 trilyon dinar ayrılır

    26 Avqust 2026 16:47

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    İran sərt sanksiyaların öhdəsindən gəlmək üçün plan hazırlamalıdır - Qalibaf

    21 Avqust 2026 18:08

    Qəddar sanksiyalara qarşı plan hazırlamalıyıq - Qalibaf

    21 Avqust 2026 15:22

    İranla İraqı ayırmaq cəhdləri bizi daha da yaxınlaşdırıb - Qalibaf

    20 Avqust 2026 22:19

    İraqın baş naziri Qalibafla görüşdə İranın dəstəyini yüksək qiymətləndirib

    19 Avqust 2026 20:28

    ABŞ bölgədən “şərəfli çıxış” yolu axtarır - Qalibaf

    19 Avqust 2026 18:26

    İraq Hörmüzdən neft ixracı üçün İrandan xüsusi güzəşt istəyib

    19 Avqust 2026 17:31

    İran parlamentinin sədri Bağdad, Kərbəla və Nəcəfə səfər edəcək

    18 Avqust 2026 22:48
    XƏBƏR LENTİ

    İrana qarşı iqtisadi təzyiqlər nəticə verir - Tramp

    Prezident İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin müttəfiqlik səviyyəsinə çatması məmnunluq doğurur

    Prezident İlham Əliyev Trinidad və Tobaqo Prezidentini təbrik edib

    Prezident İlham Əliyev Malayziya Kralına məktub ünvanlayıb

    Prezident İlham Əliyev Sadır Japarovu ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik edib

    Mediator özünü necə inkişaf etdirməlidir?

    İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

    Qırğızıstan və Çin arasında 30-dan çox sənəd imzalanıb

    İran ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb

    Suriyada keçmiş zabit öldürüldü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.