İraq Parlamenti keçirdiyi səsvermədə Kürdüstan Vətənpərvərlər İttifaqı (PUK) namizədi, 58 yaşlı Nizar Amidini 329 yerlik məclisdə ikinci tur səsvermə zamanı 227 səslə ölkənin yeni Prezidenti seçdi. Səsvermədə ümumilikdə 229 deputat iştirak edib. İraqda 2003-cü ildən sonra qurulan siyasi müvazinətə əsasən, prezident kürd partiyalarının namizədləri arasından seçilir. Bu vəzifə üçün Kürdüstan Demokrat Partiyası (KDP) hazırkı Xarici İşlər naziri Fuad Hüseyni, Kürdüstan Vətənpərvərlər İttifaqı (PUK) isə Nizar Amidini namizəd göstərmişdi. Sözügedən post uğrunda KDP və KYB namizədləri də daxil olmaqla ümumilikdə 17 nəfər yarışırdı. Amedi seçildikdən sonra parlamentdə and içərək vəzifəsinin icrasına başlayıb.