Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Livan və Suriya sərhəd nəzarətinin gücləndirilməsi barədə razılığa gəlib

    10 Mart 2026 22:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Livan və Suriya sərhəd nəzarətinin gücləndirilməsi barədə razılığa gəlib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Livan prezidenti Cozef Aun və Suriya prezidenti Əhməd əş-Şaraa telefon danışığı zamanı iki ölkə arasında sərhəd nəzarətinin gücləndirilməsinin vacibliyini müzakirə ediblər.

    VOA xəbər verir ki, Livan prezident administrasiyasının yaydığı məlumata görə, tərəflər hazırkı həssas vəziyyət fonunda koordinasiya və məsləhətləşmələrin artırılmasının, xüsusilə sərhəd xəttinə nəzarətin gücləndirilməsinin zəruri olduğunu vurğulayıblar.

    Suriya prezident administrasiyasının açıqlamasında bildirilib ki, Əhməd əş-Şaraa Livan prezidentinin Hizbullahın silahsızlaşdırılması istiqamətində göstərdiyi səylərə dəstək ifadə edib və bunun regionu mövcud münaqişənin daha geniş nəticələrindən qorumağa kömək edəcəyini qeyd edib.

    Liderlər arasında telefon danışığı Suriyanın Hizbullahı öz ərazisinə artilleriya mərmiləri atmaqda ittiham etməsindən bir neçə saat sonra baş tutub.

    Suriya dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Livan ərazisindən atıldığı bildirilən mərmilər Dəməşqin qərbində yerləşən Serqaya şəhəri yaxınlığına düşüb.

    Suriya ordusu rəsmi açıqlamasında ölkəyə qarşı hər hansı hücuma dözməyəcəyini bildirib.

    Bundan əvvəl Livan ordusu Qasr-Hermel bölgəsində yerləşən hərbi postun Suriya tərəfdən açılan atəşə məruz qalması nəticəsində bir livanlı hərbçinin orta dərəcəli yaralandığını açıqlamışdı. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparıldığı bildirilib.

    Qeyd edək ki, Livan ötən həftə Hizbullahın İsrailə hücumundan sonra regionda genişlənən münaqişəyə cəlb olunub. Hücum ABŞ və İsrailin zərbələri nəticəsində İranın ali rəhbəri Əli Xameneinin öldürülməsinə cavab olaraq həyata keçirildiyi bildirilir.

    Suriya isə indiyədək münaqişədə birbaşa iştirak etməyib və əsasən neytral mövqe saxlayıb. Bununla yanaşı, rəsmi Dəməşq regionda gərginliyin artmasından sonra Livan və İraqla sərhədlərinə əlavə hərbi qüvvələr yerləşdirib.

    Xatırladaq ki, Hizbullah uzun illər Suriyanın keçmiş prezidenti Bəşşar əl-Əsədin əsas müttəfiqlərindən biri olub və 2013-cü ildə Suriyadakı münaqişə zamanı Dəməşq hökumətinə hərbi dəstək göstərib.

    #Livan və Suriya sərhəd nəzarətini gücləndirmək barədə razılığa gəlib #Cozef Aun və Əhməd əş-Şaraa telefon danışığı aparıb #Livan-Suriya sərhədində gərginlik müzakirə olundu #Dəməşq və Beyrut sərhəd təhlükəsizliyini artıracaq #Suriyadan Hizbullahla bağlı sərt açıqlama #Livan və Suriya koordinasiyanı gücləndirməyə qərar verib
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    24 Avqust 2026 10:09

    İraq Səudiyyə Ərəbistanı və İranı vahid təhlükəsizlik şurasına çağırdı

    24 Avqust 2026 10:01

    Səudiyyə Ərəbistanı Suriyanın paytaxtında viza müraciəti mərkəzi açıb

    24 Avqust 2026 09:23

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Husilərin təhlükəli taktikası - azyaşlılar müharibədə necə canlı sipərə çevrilir?

    23 Avqust 2026 15:00

    Hörmüz boğazına alternativ tapıldı - İraq vasitəsilə quru yükdaşımalarında rekord artım qeydə alınıb

    23 Avqust 2026 12:57

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10
    XƏBƏR LENTİ

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Prezident İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu ünvanlayıb

    Liviyada 10 nəfərin edamı ilə bağlı araşdırma tələb olunur

    İranla mübarizədə son mərhələyə daxil oluruq - Skott Bessent

    Səudiyyədə qadınların İKT sektorundakı payı 35%-ə çatdı

    Şotlandiyalı sənətçilər Edinburq festivalından İsraillə əlaqəli sponsorluqdan imtina tələb edir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.