#Livan və Suriya koordinasiyanı gücləndirməyə qərar verib

Livan prezidenti Cozef Aun və Suriya prezidenti Əhməd əş-Şaraa telefon danışığı zamanı iki ölkə arasında sərhəd nəzarətinin gücləndirilməsinin vacibliyini müzakirə ediblər. Livan prezident administrasiyasının yaydığı məlumata görə, tərəflər hazırkı həssas vəziyyət fonunda koordinasiya və məsləhətləşmələrin artırılmasının, xüsusilə sərhəd xəttinə nəzarətin gücləndirilməsinin zəruri olduğunu vurğulayıblar.