Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca

    8 Oktyabr 2025 10:16
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Hizbullah HƏMAS-dan dərs almalıdır - Samir Caca
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,AzerVoice

    Livan “Lübnan Qüvvələri” Partiyasının sədri Samir Caca çərşənbə axşamı bildirib ki, Hizbullah HƏMAS-ın Qəzza zolağında yaşadığı təcrübədən dərs çıxarmalı və silahını mümkün qədər tez bir zamanda dövlətə təhvil verməlidir.
    Caca uzun illərdir ölkə daxilində Hizbullahın silahsızlaşdırılmasını tələb edən əsas fiqurlardan biridir və Qərb dairələri ilə sıx münasibətləri ilə tanınır. Bu səbəbdən onun açıqlamaları təkcə siyasi mövqe deyil, həm də mövcud məlumatlara əsaslanan xəbərdarlıq kimi qiymətləndirilir.

    Ötən ay ABŞ-ın Suriya üzrə elçisi Tomas Barak xəbərdarlıq etmişdi ki, əgər Hizbullahın silahsızlaşdırılması həyata keçirilməsə, yeni ilin əvvəlində vəziyyət dəyişəcək. Bu bəyanat Livanda İsraillə yeni və daha dağıdıcı müharibə ehtimalına dair qorxular doğurub.

    “Əminəm ki, Hizbullah baş verənlərdən dərs almalıdır. Bu, onun silahını dövlətə ən qısa zamanda təhvil verməsi üçün əlavə bir səbəbdir. Vaxt itirmək günahdır.”-deyə Caca qeyd edib.

    Hazırda İsrail və HƏMAS arasında Misirdə dolayı danışıqlar davam edir. ABŞ prezidenti Donald Trampın ötən həftə açıqladığı plana əsasən, atəşkəsin dərhal elan edilməsi, Həmasın silahsızlaşdırılması və onun Qəzzə idarəçiliyində iştirakının qarşısının alınması nəzərdə tutulur. Bu plan iki illik dağıdıcı müharibədən sonra bölgədə yeni mərhələ açmağı hədəfləyir.

    Cacanın fikrincə, Hizbullahın hazırkı davranışı onu siyasi prosesdən kənarda qoyur. O qeyd edib ki, partiya rəhbərliyi “silahı təhvil verməkdən imtina etməklə populizmə meyl etməkdir”

    “Açığı, onların nə etdiyini başa düşmürəm. Dəstək müharibəsinin məqsədi də aydın deyildi... 7 oktyabrda nə etdiklərini, nəyə əsaslandıqlarını və hara çatdıqlarını anlamadım,” - deyə Caca bildirib.

    O vurğulayıb ki, Hizbullahın başqa çıxış yolu yoxdur - silahını dövlətə verməlidir, çünki “artıq qərarı dövlət verib”.

    #Livan #Livan xəbərləri #Hizbullahın Livandakı təsiri #Hizbullahın silahsızlaşdırılması #Hizbullahın hərbi zəifləməsi #Hizbullahın tərksilahı #Samir Caca #Samir Caca açıqlaması #Livan Qüvvələri lideri Samir Cacanın Hizbullahın silahlı varlığına dair xəbərdarlığı #Livanda qeyri-dövlət aktorlarının varlığı və suverenliyə təsiri haqqında Samir Cacanın mövqeyi #Cacanın Körfəz ölkələri və ABŞ dəstəyinin itirilməsi ilə bağlı xəbərdarlığı #Suriya və Livan münasibətlərində Hizbullahın yaratdığı diplomatik gərginlik
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    İsrail ordusu Livanın cənubunda "Hizbullah" döyüşçülərinə zərbə endirdiyini açıqlayıb

    18 İyul 2026 20:35

    İsrailli məskunlaşanlar dayandırılsın - Beyrutdan BMT-yə çağırış

    18 İyul 2026 19:14

    ABŞ-ın Beyrutdakı səfirliyi təhlükəsizlik xəbərdarlığı yayıb

    18 İyul 2026 18:15

    Livan Prezidenti Cozef Aun Donald Trampın dəvəti ilə Vaşinqtona səfər edib

    18 İyul 2026 18:00

    İsrail ordusunun Livanın cənubunda iki binanı dağıtdığı bildirilir

    17 İyul 2026 20:57

    Cənubi Livanda güclü partlayış baş verdiyi bildirilir

    16 İyul 2026 21:27

    İsrail ordusunun Livanın cənubuna hava zərbələri endirdiyi bildirilir

    16 İyul 2026 18:19

    Livanın cənubunda yaşayış məntəqələrinin dağıdıldığı bildirilir

    16 İyul 2026 17:15

    Dövlətdən kənar silahlı qüvvələrə yer yoxdur - Yusif Rəcci

    16 İyul 2026 17:07
    XƏBƏR LENTİ

    Məhəmməd Salah “Beşiktaş”a keçəcəkmi?

    Türkiyədə idman materiallarının satın alınması üzrə yeni tender elan edilib

    Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

    Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək görüşü keçirilir

    Prezident İlham Əliyevin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

    Almaniyanın Azərbaycana yeni təyin olunan səfiri fəaliyyətə başlayıb

    Azərbaycan Prezidenti İlham Əliyevin və Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin geniş tərkibdə görüşü olub

    Azərbaycan və Almaniya arasında birgə bəyannamə imzalanacaq

    İngilis şirkətləri Türkiyəyə 842 milyon lirədən çox sərmayə yatırıb – ÖZƏL

    Prezident İlham Əliyev və Prezident Frank-Valter Ştaynmayer arasında təkbətək görüş keçirilib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.