Bakı,AzerVoice
İsrail ordusunun Livanda həyata keçirdiyi hücumlarda 104-ü uşaq, 194-ü qadın olmaqla ümumilikdə 1174 nəfər həlak olub.
AzerVoice xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada İsrailin Sur şəhərinə endirilən hava zərbələri nəticəsində 16 nəfərin öldüyü, 115 nəfərin yaralandığı, bölgədəki Kəna Dövlət Xəstəxanasına isə hava zərbələri nəticəsində ciddi ziyan dəydiyi vurğulanıb.
2023-cü il oktyabrın 8-dən Hizbullahla nəzarətli toqquşmaları davam etdirən İsrail ordusu sentyabrın 23-də Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib.
Livan hakimiyyətinin məlumatına görə, Hizbullahın istifadə etdiyi rabitə vasitələrinin partladılması nəticəsində sentyabrın 17-dən bu yana 104-ü uşaq və 194-ü qadın olmaqla ümumilikdə 1174 nəfər ölüb.
Hizbullah lideri Həsən Nəsrullah sentyabrın 27-də İsrail ordusunun Beyrutda həyata keçirdiyi hava zərbələri nəticəsində həyatını itirib.
Ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimala köç dalğası davam edərkən, on minlərlə insanın Suriyaya köç etdiyi bildirilir.