Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Yaxın Şərq
    Yaxın Şərq

    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı

    16 Sentyabr 2024 17:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı, AzerVoice

    İsrailin 14 may 1948-ci ildə işğal etdiyi Fələstin torpaqlarında öz müstəqilliyini elan etməsindən sonra məcburi köçə məruz qalan və Livana sığınan fələstinli qaçqınlar, 16 sentyabr 1982-ci ildə İsrailin nəzarəti ilə növbəti hücuma məruz qaldılar.

    41 il əvvəl Qərbi Beyrutdakı fələstinli qaçqın düşərgəsində baş vermiş qətliamda 3000-dən çox fələstinli həlak olub.

    Qətliam 1982-ci ildə Livan falanqist xristianları tərəfindən Sabra və Şatila bölgələrindəki iki fələstinli qaçqın düşərgəsində həyata keçirilib.

    Livan o illərdə çox mürəkkəb bir vəziyyətdə idi. Siyasi-məzhəb ayrı-seçkiliyi ölkəni vətəndaş müharibəsinə sürükləmişdi. 15 il davam edəcək müharibə artıq alovlanmışdı. Hadisələr zəncirinə bir sui-qəsd də əlavə olundu. Xristian icmasının ən önəmli adlarından biri olan Bəşir Cəmayil 23 avqust 1982-ci ildə prezident seçildi.

    Lakin o, heç vaxt Prezident kürsüsündə otura bilmədi. O, 1982-ci il sentyabrın 14-də Falanqist qərargahına edilən bombalı hücumda öldü. Xəyanətkar planın sui-qəsd olduğu deyildi. Cəmayilin qətlinə görə məsuliyyət Fələstinli qaçqınların üzərinə atıldı.

    İsrail və ABŞ tərəfi düşərgələrdə yaşayanların təhlükəsizliyinə zəmanət vermişdi. Lakin Amerika qüvvələri insidentdən bir neçə gün əvvəl qoşunlarını geri çəkdi. Sentyabrın 16-sı, cümə axşamı günorta idi. İsrail tankları fələstinli qaçqınların yaşadığı düşərgələri mühasirəyə aldı. Məqsəd düşərgədən qaçanların qarşısını almaq idi. İfrat sağçı Xristian Falanqist milislər qətliam üçün düşərgələrə girərək üç istiqamətdən onlara hücum etdilər. Hücuma şəxsən İsrailin müdafiə naziri Ariel Şaron rəhbərlik edib.

    Qırğın 3 gün davam etdi. Ağır silahlar, bombalar, baltalar və kəsici alətlərdən istifadə edildi. Hər yer qan içində idi. Küçələr meyitlərlə dolu idi.

    Birləşmiş Millətlər Təşkilatı (BMT) baş verənlərlə bağlı qınama mesajı dərc etdi. 1982-ci il dekabrın 16-da Sabra və Şatilada “soyqırım” törədildiyi elan edildi. Hadisəni araşdırmaq üçün İsrail Parlamentdə Təhqiqat Komissiyası qurmaq məcburiyyətində qaldı. Falanqist milislərin lideri Eli Hubeyka birbaşa, Ariel Şaron isə fərdi olaraq təqsirkar bilindi.

    Qətliamdan sağ çıxan 23 nəfər 2001-ci ildə məsələni məhkəməyə verdi. Ariel Şaronun insanlığa qarşı cinayət törətdiyi əsası ilə Belçika məhkəmələrində ədalət axtarışı başladı. Bununla belə, iddia qaldırmağa icazə verən qanun dəyişdirildi. 2002-ci il mayın 15-də yurisdiksiya olmadığı üçün işə xitam verildi. Halbuki, qətliamı törədənlərdən biri, Falangelist Eli Hubeyka Şaronun əleyhinə ifadə verməyə hazırlaşırdı. Bu şahidlik onun həytına son qoydu.

    Beyrutda avtomobilinə yerləşdirilən bombanın partlaması nəticəsində o həyatını itirdi.

    2001-ci il 18 iyunda Sabra və Şatila qətliamından sağ qalmış 23 nəfərin müraciəti ilə başlanan Belçika məhkəməsi işində istintaq İsrailin keçmiş müdafiə naziri (həmçinin 2001–2006-cı illərdə baş naziri) Ariel Şaronu soyqırım daxil olmaqla başqa cinayətlərdə də təqsirli hesab etdi.

    İddia Belçika məhkəməsində yoxlanılmadı, çünki 2003-cü il 12 fevralda kassasiya instansiyası (Belçika Ali Məhkəməsi) beynəlxalq adət hüququna əsaslanaraq qərara aldı ki, dövlət və hökumət başçılarının hərəkətləri xarici dövlətin cinayət məhkəmələrində baxıla bilməz (baxmayaraq ki, soyqırımı cinayətinə görə onlar beynəlxalq tribunalın subyekti ola bilərlər).

    Bu qərar bir il əvvəl 2002-ci il 14 fevralda Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən qəbul olunmuş qərarın təkrarlanması oldu. 2003-cü ilin iyununda Belçika Ədliyyə Nazirliyi bu qərara əsaslanaraq işi İsrailə transfer etmək proseduralarına başlamağı qərara aldı, beləliklə Sabra və Şatilladakı qətliamların soyqırım olması barədə ittihamlar heç bir məhkəmədə yoxlanılmadı.

    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    Fələstinlilərə qarşı törədilən Sabra və Şatilla qətliamı
    #İsrail #Fələstin #Livan #Şatilla qətliamı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    22 Avqust 2026 22:34

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    Qəzza müharibəsi AIPAC-ın ABŞ siyasətindəki mövqeyinə zərbə vurur

    22 Avqust 2026 21:46

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    22 Avqust 2026 19:41

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    22 Avqust 2026 19:09

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    22 Avqust 2026 19:00

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    22 Avqust 2026 18:33

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    22 Avqust 2026 18:24

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    Qəzzada İsrail hücumları nəticəsində 48 saatda iki fələstinli ölüb

    22 Avqust 2026 18:17

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30
    XƏBƏR LENTİ

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

    Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar

    Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb

    Britaniyanın yeni baş naziri Rusiyaya müraciət etdi

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    ABŞ bazalarının istifadəsinə icazə verən ölkələr hədəfə çevrilə bilər - İran XİN

    Almanlar Ukraynanın yanında olmalıdır — Yohann Vadeful

    Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanım Mehriban Əliyeva ilə Buxaraya səfərinə dair paylaşım edilib

    Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək - Paşinyan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva paytaxt Daşkənddən Buxaraya gəliblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.