Bakı. AzerVoice:
Təl-Əviv Qəzzada atəşkəs məsələsində çeviklik nümayiş etdirməlidir.
AzerVoice xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
"İsrail blokadadakı Qəzza zolağında atəşkəs məsələsində daha çox çeviklik və praqmatizm nümayiş etdirməlidir ki, bu da məhbuslarla problemin həllini asanlaşdıracaq", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 30 minə yaxınlaşıb.