Baş xəbər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoini qəbul edib. Qəbula görə dövlətimizin başçısına təşəkkür edən Mixay Popşoi Moldova Prezidenti Maya Sandunun salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Maya Sanduya çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində Moldovanın dövlət başçısı ilə görüşlərini və aparılmış müzakirələri məmnunluqla xatırladı.

İtaliyanın Auqusta limanında “Azeri Light” markalı Azərbaycan neftinin CIF bazasında qiyməti əvvəlki göstərici ilə müqayisədə 5,61 ABŞ dolları və ya 6,82 faiz artaraq bir barel üçün 87,90 ABŞ dolları təşkil edib. Bildirilib ki, Türkiyənin Ceyhan limanında “Azeri Light” markalı neftin FOB bazasında bir barelinin qiyməti 5,34 dollar və ya 6,82 faiz bahlaşaraq 83,69 dollar olub.

İran özünü müqavimət oxu hesab etdiyi üçün Xameneidən sonrakı mərhələnin təsirləri onun coğrafi hüdudlarını aşaraq bütün Yaxın Şərq regionuna nüfuz edir. Bu məqamın həssaslığını anlamaq üçün Xameneinin son otuz altı il ərzində formalaşdırdığı, prioriteti inkişaf deyil, müharibə olan sistemin mahiyyətinə qayıtmaq lazımdır. O, bu sistemi iki əsas sütun üzərində qurmuşdu: proksi (vəkil) milislər vasitəsilə regional genişlənmə və daxili repressiya.

Qətər hakimiyyəti paytaxt Doha yaxınlığında yerləşən və ABŞ-ın regiondakı ən mühüm hərbi mərkəzlərindən biri olan Əl-Udeyd hava bazasını hədəf alan pilotsuz uçuş aparatı (PUA) hücumunun qarşısının alındığını elan edib. Qətər Müdafiə Nazirliyindən verilən rəsmi bəyanatda bildirilir: "Qətər Hava Hücumundan Müdafiə Qüvvələri Əl-Udeyd hava bazasını hədəf alan PUA hücumunu zərərsizləşdirib". Hadisə zamanı Qətər Daxili İşlər Nazirliyi təhlükəsizlik səviyyəsini ən yüksək həddə qaldıraraq, əhalini pəncərələrdən və açıq sahələrdən uzaq durmağa, qapalı məkanlarda qalmağa çağırmışdı. Bir müddət sonra təhlükənin sovuşduğu və vəziyyətin normallaşdığı elan edilib.

Tarixi qeydlərdə 16 Ramazan strateji və sivilizasiya baxımından mükəmməl bir dönüş nöqtəsi kimi önə çıxır. Məhz bu gündə Bədrdə su mənbələrinin nəzarətə götürülməsi ilə İslamın ilk böyük qarşıdurmasının konturları tamamlanmışdır. Eyni zamanda bu tarixdə ümmət Hz. Ayişə və tarixçi Maqrizinin vəfatı ilə böyük elm xəzinələrini yola salmış, Osmanlı saraylarının dəhlizləri və Əl-Ariş çadırları isə səs-küylü siyasi və hərbi uğursuzluqlara şahidlik etmişdir.

Azərbaycan rəhbərliyinin və xalqının yanında olan Pakistan gərginliyi daha da artıran, regional sülh və sabitliyə xələl gətirən hərəkətləri pisləyir. Pakistan Baş naziri Məhəmməd Şahbaz Şərif bu barədə özünün X sosial media hesabında bildirib. “Qardaş ölkə Azərbaycana olan son hücumlarla bağlı ciddi narahatlığımızı bildiririk. Regionda sülhün və sabitliyin qorunması üçün gərginliyin azaldılmasına çağırır, dialoq və diplomatiyanın davam etdirilməsinin zəruriliyini təkrar edirik”, - deyə paylaşımda qeyd olunub.

Azərbaycan Körfəz regionunda yerləşən bəzi kiçik dövlətlərdən biri deyil. Azərbaycan Qarabağ zəfərini qazanmış, quruda və havada regional güc olan dövlətdir. Hər kəs hesabını buna uyğun aparmalıdır. Onun sözlərinə görə, Azərbaycan Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə həm quruda, həm də havada ciddi hərbi imkanlara malik olduğunu nümayiş etdirib.

Martın 5-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Şavkat Mirziyoyev İranın pilotsuz uçuş aparatları vasitəsilə Azərbaycana qarşı törətdiyi hücumları qətiyyətlə qınayıb, Özbəkistanın Azərbaycana tam dəstəyini ifadə edərək, ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. Prezident İlham Əliyev telefon zənginə və nümayiş etdirilən dəstəyə görə Özbəkistan Prezidentinə təşəkkürünü bildirib.

Martın 5-də Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti İran İslam Respublikasının pilotsuz uçuş aparatları ilə Azərbaycan ərazisinə hücumunu pisləyib, hadisə zamanı yaralananların tezliklə şəfa tapmasını diləyib.

Martın 5-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Türkiyə Prezidenti İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasına edilən dron hücumunu qınadığını deyib, qardaş Azərbaycan xalqına dəstəyini ifadə edib.

5 mart 2026-cı il tarixində İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub. Telefon danışığı zamanı, nazir Ceyhun Bayramov, İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə edilmiş dron hücumlarını qətiyyətlə pisləyib, bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisinə bu hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu, regionda gərginliyin artmasına xidmət etdiyini vurğulayıb.