Baş xəbər

Yəməndə husilərin hökumət qüvvələrinə qarşı hücumlarını gücləndirməsi ölkədə uzunmüddətli müharibənin yenidən alovlanacağı ilə bağlı narahatlıqları artırıb. Ölkədə on ildən artıq davam edən və on minlərlə insanın ölümünə, milyonlarla şəxsin didərgin düşməsinə səbəb olan vətəndaş müharibəsindən sonra 2022-ci ildə əldə edilən atəşkəs nisbi sakitlik yaradıb. Lakin son həftələrdə qarşıdurmaların yenidən şiddətlənməsi əhalidə müharibə qorxusunu artırıb.

Livanda onilliklər boyu toplanmış siyasi, iqtisadi və məzhəb ziddiyyətləri kimi köklü problemlər mövcuddur; bu problemlərə dövləti daxildən gəmirən və livanlıların sərvətlərini itirməsinə gətirib çıxaran korrupsiya da əlavə olunub. Bütün bu böhranların həlli Livan xalqı üçün ən vacib prioritetdir, lakin bunun üçün ilk növbədə özünün ən təməl vəzifəsini yerinə yetirən - bütün ölkə ərazisində təkbaşına mütləq hakimiyyət quran güclü bir dövlət lazımdır.

Neftin qiyməti yalnız xam neftin dünya bazarındakı dəyəri ilə müəyyənləşmir. Yanacaqdoldurma məntəqəsində istehlakçının ödədiyi məbləğ xam neftin qiyməti ilə yanaşı, hasilat və emal xərcləri, daşınma, sığorta, vergilər, valyuta məzənnələri, bazar gözləntiləri və geosiyasi risklərin birləşməsindən formalaşır. Bu baxımdan neft bazarı qlobal iqtisadiyyatın ən həssas və çoxşaxəli sahələrindən biridir.

Məkkə və Mədinə şəhərlərində zəvvarları qəbul edən obyektlərin fəaliyyətini, lisenziyalaşdırma və təsnifat standartlarını, eləcə də qayda pozuntularını tənzimləyən normativ sənədlərə dəyişikliklər təsdiq edilib. Bu yeniliklərin məqsədi 2027-ci il Həcc mövsümü ərəfəsində yerləşdirmə məkanlarının hazırlıq səviyyəsini artırmaq, xidmət keyfiyyətini yüksəltmək və fəaliyyət prosesini daha nizamlı şəkildə təşkil etməkdir.

"Kitab əl-Bülhan" (və ya "Möcüzələr kitabı") XIV əsrə aid olan, Əbdülhəsən əl-İsfahani kimi tanınan bir şəxs tərəfindən tərtib edilmiş və ehtimal ki, həm də miniatürləri çəkilmiş ərəbdilli bir əlyazmadır. Müəllif haqqında çox məlumat olmasa da, onun bu mürəkkəb əlyazması həmin dövrlərdə İraqda, eləcə də Yaxın Şərq və Şimali Afrikanın digər bölgələrində hakim olan astroloji və qaranlıq bilikləri anlamaq baxımından klassik bir əsər hesab edilir. Bu kodeks, çox güman ki, Cəlalilər sultanı Əhmədin hakimiyyəti dövründə (1382–1410) Bağdadda cildlənib. Kitabın nəşr edildiyi dövr Avropada cadugərlik və ovsunçuluğun yayıldığı, əlkimyaçıların sayının artdığı və metafizikanın inkişaf etdiyi bir mərhələ ilə eyni vaxta təsadüf edirdi.

Cənubi Afrika Daxili İşlər Nazirliyi Malavi, Nigeriya və Efiopiyadan miqrantların ölkədən çıxarılması üçün çəkilən xərclərin bir hissəsinin ödənilməsini tələb edib. Nazirliyin məlumatına görə, bu il deportasiya və geri qaytarma əməliyyatlarına 292 milyon rand (təxminən 18 milyon dollar) xərclənib. Xərclərin əsas hissəsi miqrantların daşınması, müvəqqəti mərkəzlərin yaradılması və əməkdaşların əlavə iş saatlarına yönəlib.

Suriyanın şimal-şərqində Fərat çayında su səviyyəsinin yüksəlməsi ilə əlaqədar təhlükəsizlik və ehtiyat tədbirləri gücləndirilib. Məlumata görə, Türkiyədən Fərata daxil olan suyun həcmi saniyədə 1 200 kubmetrə çatıb. Çayın səviyyəsinin hazırda 70 santimetr yüksəldiyi, növbəti 24 saat ərzində daha 30 santimetr artmasının gözlənildiyi bildirilib.

Sudan Suveren Şurasının sədri və ordu komandanı Əbdülfəttah əl-Burhan ölkədə milli dialoq prosesinə qatılan şəxslərə müvəqqəti hüquqi, siyasi və təhlükəsizlik təminatlarının veriləcəyini açıqlayıb. Burhan bildirib ki, müstəqil milli mexanizm tərəfindən idarə olunacaq dialoqda iştirak edən şəxslər barəsində mövcud cinayət təqibləri müvəqqəti dayandırılacaq. O, bu tədbirin amnistiya olmadığını və şikayətçilərin hüquqlarının qüvvədə qalacağını vurğulayıb.

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 42 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium, 1 114 ton kömür və 67 min ton taxta göndərilib. Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.