ABŞ-də evangelist dini dairələrlə siyasi hakimiyyət arasında formalaşan yeni münasibət modeli Yaxın Şərqdəki müharibə proseslərinə təsir edən əsas amillərdən birinə çevrilib. Xüsusilə 2026-cı ildə İran ətrafında baş verən hadisələr Vaşinqtonda dini-messiançı yanaşmanın xarici siyasət qərarlarında daha açıq şəkildə hiss olunmağa başladığını göstərir.
Baş xəbər
Əli Əsədov Sərdar Berdiməhəmmədov ilə görüşüb
ABŞ Prezidenti Donald Tramp administrasiyasının yaratdığı və “anti-silahlaşdırma fondu” adlandırdığı yeni maliyyə mexanizmi ölkədə ciddi siyasi və hüquqi mübahisələrə səbəb olub. Demokratlar və hüquq ekspertləri hesab edir ki, fond gələcəkdə 2021-ci il 6 yanvar hadisələrində iştirak etmiş və sonradan Tramp tərəfindən əfv olunmuş şəxslərə kompensasiya ödənilməsi üçün istifadə oluna bilər.
Hər il milyonlarla zəvvarın ibadət üçün üz tutduğu Məkkənin mərkəzində yerləşən Ərəfat dağı, sadəcə dini mərasimlərin mərkəzi deyil; eyni zamanda yer üzünün geoloji tarixinin canlı arxividir. Ərəfat dağı milyonlarla il əvvəl formalaşıb və bu gün hələ də onun qayaları qədim geoloji proseslərin izlərini daşıyır.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.Təbrikdə deyilir: “Zati-aliləri, əziz Qardaşım. Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə, eyni zamanda, hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Bu tarixi gün Azərbaycan xalqının mətanətini, qətiyyətini və sarsılmaz ruhunu təcəssüm etdirir. Pakistan xalqı böyük ölkənizin tərəqqi, sabitlik və inkişaf yolunda mühüm irəliləyişini mənimlə birlikdə yüksək dəyərləndirir.
Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.Bununla bağlı Prezident İlham Əliyevin sosial şəbəkə hesabında paylaşım edilib. Paylaşımda qeyd olunub: Bu gün mənə Prezident Emmanuel Makrondan zəng gəldi. Telefon danışığı zamanı Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin gündəliyində duran məsələlərə baxılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Biz regional və qlobal hadisələri də müzakirə etdik".
İspaniya Xarici İşlər naziri Xose Manuel Albares bildirib ki, Qəzzaya doğru yola çıxan Azadlıq Flotiliyasında iştirak edən 44 fəal İsraildən İspaniyaya deportasiya olunacaq. Qeyd edək ki, bu həftə beynəlxalq sular üzərində fəalların saxlanılmasından sonra İspaniya İsrailin hərbi əməliyyatını beynəlxalq hüquqa zidd olaraq “qanunsuz” adlandırıb və vətəndaşlarının dərhal sərbəst buraxılmasını və təhlükəsiz şəkildə geri qaytarılmasını tələb edib.
2026-cı il martın 1-də ABŞ-a məxsus 4 ədəd Nortrop-Qrumman B-2 ‘Ruh’ gizli strateji bombardmançı təyyarəsi İran ərazisindəki dağaltı raket obyektlərini vurmaq üçün havaya qalxdı. “Epik Qəzəb” adlı əməliyyatın ilk mərhələsində istifadə edilən bu təyyarələr dünyanın ən bahalı hərbi hava platformalarından biri hesab olunur. Bir ədədinin qiyməti 2 milyard dollardan çoxdur.
1920-ci illərin sonlarına doğru Almaniya Avropanın “xəstə adamı”na çevrilmişdi və “Uoll-Strit”in çökməsindən sonra başlayan Böyük Depressiyadan ən çox zərər görən Avropa dövləti idi. ABŞ kreditlərinin qəfil geri çəkilməsi Almaniya iqtisadiyyatını iflic etmişdi. Zavodlar bağlanır, bankirlər mümkün qədər çox likvid vəsaiti geri qaytarmağa çalışır, nəticədə işsizlik rekord həddə yüksəlir, yoxsulluq və ümidsizlik daha da dərinləşirdi.
Müsəlman cəmiyyəti böyüdükcə bilik əldə etmə yolları da genişləndi. Elmi inkişaf və tərəqqi ən yüksək zirvəsinə Abbasilər dövlətində, xüsusilə də Harun ər-Rəşid ilə oğlu və xələfi Məmunun dövründə çatdı. Bu iki xəlifə İslam mədəniyyətinin inkişafına çox böyük töhfə vermişdir. Bu dövrdə müsəlmanlar Quran haqqında və digər dini mövzularda əsərlər yazmağa başladılar. İbn İshaqın yazdığı Həzrət Məhəmmədin bioqrafiyası (daha sonra İbn Hişam tərəfindən yenidən yazılmışdır) İslam dünyasında ən qədim tarix əsəri sayılır. Ondan sonra İbn Əbdülhəkəmin Misirin və qərbdəki bölgələrin fəthindən bəhs edən "Fütuh" əsəri gəlir.
İtaliya Baş naziri Ciorcia Meloni İsrailin saxladığı Azadlıq Flotiliyası üzvlərinə qarşı pis rəftar iddiaları ilə bağlı sərt açıqlama verib. İtaliya hökuməti məsələ ilə bağlı rəsmi üzr tələb edib və izahat almaq məqsədilə İsrail səfirinin Xarici İşlər Nazirliyinə çağırılacağını açıqlayıb. Bildirilib ki, görüş zamanı fəallara münasibət və hadisənin detalları əsas müzakirə mövzuları olacaq.
ABŞ Müharibə Nazirliyi mayın 8-də “müəyyən edilməmiş hava hadisələri” ilə bağlı yeni sənədləri açıqladı. Nazirlik xüsusi hökumət portalı vasitəsilə ilk sənəd paketini yayıb və bunun başlanğıc olduğunu, yaxın aylarda daha çox materialın açıqlanacağını bildirib.