Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib

    28 Dekabr 2023 20:23
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerPress:

    Dekabrın 28-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabının təqdimatı olub.

    AzerPress xəbər verir ki, kitab Ümummilli Lider Heydər Əliyevin müstəqillik tariximizin ağır və məsuliyyətli bir dövrünü - 1993-2003-cü illəri əhatə edən siyasi fəaliyyət salnaməsidir.

    Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli başa çatmaqda olan “Heydər Əliyev İli” çərçivəsində təqdimatı keçirilən kitabın əhəmiyyətinə toxunub. O, gərgin əməyin nəticəsi olaraq ərsəyə gələn bu nəşrdə respublikamıza rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyevin ikinci siyasi hakimiyyət dövrünün tam salnaməsinin əks olunduğunu vurğulayıb.

    “Kitabda Heydər Əliyevin fəaliyyətinin bütün istiqamətləri günbəgün baş verən hadisələrin dəqiq ifadə olunması ilə işıqlandırılır. Nəşrdə dahi lider Heydər Əliyevə aid arxiv sənədləri, dövri mətbuat materialları, eləcə də nadir fotoşəkillərdən yüksək peşəkarlıqla istifadə olunub”, - deyə akademik İsa Həbibbəyli bildirib.

    AMEA-da “Heydər Əliyev İli” çərçivəsində görülmüş işlərə dair statistik məlumatları diqqətə çatdıran İsa Həbibbəyli Elmlər Akademiyasında Ulu Öndərin zəngin irsinin bütün dünyada tanıdılması istiqamətində əhəmiyyətli işlərin görüldüyünü, elmi-publisistik nəşrlərlə yanaşı, sistemli və fundamental tədqiqatların, yüksək tələblərə cavab verən nəzəri xarakterli əsərlərin nəşr olunduğunu deyib. O, sözügedən nəşrlərin hər birinin Ulu Öndərin fəaliyyətinin önəmli məqamlarını əhatə edən akademik səviyyədə monoqrafik tədqiqatlar olmaqla əvvəlki dövrlərdə işıq üzü görmüş kitablardan fərqləndiyini bildirib. Alim il ərzində AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində, o cümlədən Akademiyanın tabeliyində olan və əhatə etdiyi digər müəssisələrdə Ulu Öndərin çoxcəhətli fəaliyyətinin müxtəlif məqamlarına həsr olunmuş 46 kitab və monoqrafiyanın nəşr olunduğunu qeyd edib.

    O, həmçinin Akademiyada görkəmli dövlət xadiminə həsr olunmuş 60-dan çox yerli və beynəlxalq konfransın təşkil edildiyini, eləcə də dekabrın 21-də AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan genişləndirilmiş iclasının keçirildiyini xatırladıb.

    Kitabın ideya müəllifi və tərtibçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Aynur Bəşirli nəşrin ərsəyə gəlməsindən və hazırlanmasından söz açıb, Ulu Öndərlə bağlı görüşlərindən, səmimi söhbətlərindən bəhs edib. Bildirib ki, kitabın 1993-1997-ci illəri əhatə edən birinci hissəsi “Prezident. Xronika. 1993-1997” 1998-ci ildə Ulu Öndərin xeyir-duasi ilə işıq üzü görüb: “Onun təqdimatı 1998-ci ildə Ulu Öndərin iştirakı ilə keçirilən Azərbaycan Müəllimlərinin Qurultayında oldu. 1999-cu ildə Gülhanə Tibb Akademiyasında müalicəsi başa çatdıqdan sonra Prezident Heydər Əliyev “Prezident. Xronika. 1993-1997” kitabını akademiyaya hədiyyə etdi və onu həyatının bir hissəsi barədə kitab adlandırdı”.

    A.Bəşirli “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabını 11 il əvvəl tamamlasa da, onun çapının yalnız 2023-cü ildə gerçəkləşdiyini qeyd edib. Bildirib ki, kitaba “Ön söz”ü isə məhz 2023-cü il sentyabrın 20-də, dünyanın gözünün Azərbaycana dikildiyi gün, düşmənin ağ bayraq qaldırdığı tarixi gündə qələmə alıb. Müxbirlik fəaliyyətindən, Ulu Öndərlə bağlı səfərlərindən və görüşlərindən bəhs edən A.Bəşirli kitabın yaranması ilə bağlı dahi liderlə olan səmimi söhbətini xatırlayıb, xronikanın AZƏRTAC-ın “Azərbaycan” qəzetində çap edilmiş materialları əsasında tərtib olunduğunu qeyd edib.

    Nəşrin ərsəyə gəlməsində əməyi, zəhməti olanlara minnətdarlığını bildirən Aynur Bəşirli diqqətə çatdırıb ki, kitabın elmi redaktoru akademik Yaqub Mahmudov, texniki redaktoru riyaziyyat üzrə fəlsəfə doktoru Mehri Xanbabayeva, korrektoru dosent Şəhla Tahirqızıdır. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi və “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsinin qalibi olmuş Azərbaycan Tarixçiləri İctimai Birliyinin “Xronika.1993-2003” kitab-albomunun nəşri” layihəsi çərçivəsində hazırlanaraq GL şirkətinin maliyyə yardımı ilə çap olunub.

    Təqdimat mərasimində akademik Yaqub Mahmudov, diplomat, tarix elmləri doktoru Həsən Həsənov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tahir Kərimov, Xalq yazıçısı Elmira Axundova, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq fotoqrafı Rafiq Bağırov və digər çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüb, onu “Heydər Əliyev İli”nə böyük töhfə adlandırıblar. Qeyd edilib ki, Azərbaycan dövlətinin çətin və mübarizə dolu illərindən, dahi şəxsiyyət Heydər Əliyevin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövrdən, Ulu Öndərin siyasi fəaliyyətindən bəhs edən kitab gələcək nəsillər, tədqiqatçılar üçün qiymətli salnamədir.

    Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin ölkəmiz, xalqımız qarşısında tarixi xidmətlərindən, jurnalistlərlə görüşlərindən, xarici ölkələrə səfərlərindən söz açıb, Ümummilli Liderin irsinin öyrənilməsinin vacibliyini vurğulayıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    “Heydər Əliyev. Prezidentlik xronikası: 1993-2003” kitabı təqdim edilib
    #AMEA #Heydər Əliyev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

    26 İyun 2026 21:31

    Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

    22 İyun 2026 20:02

    Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi keçirilib

    13 İyun 2026 20:22

    Türkmənistanda Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

    10 May 2026 10:30

    Latviya Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

    22 Aprel 2026 10:14

    Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar keçirilib

    7 Aprel 2026 10:39

    Xəzər dənizində zəlzələ baş verib

    7 Aprel 2026 09:10

    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib

    5 Aprel 2026 21:36

    AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yayıb

    25 Fevral 2026 09:56

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    Azərbaycanda gənclər siyasəti mühüm nəticələr verir - Nadir Adilov

    3 Fevral 2026 14:26

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35
    XƏBƏR LENTİ

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.