Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət
    Cəmiyyət

    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib

    5 Aprel 2026 21:36
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    5 aprel 2026-cı il tarixində Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyə Klinikasının konfrans zalında Qərbi Azərbaycan İcmasının Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə əslən Basarkeçərdən olan və 2025-ci il ərzində müxtəlif sahələrdə uğur qazanmış gənclərlə geniş tərkibli görüş keçirilib.

    TurkicWorld Qərbi Azərbaycan İcmasına istinadən xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevin çıxışlarından ibarət videoçarx nümayiş etdirilib, eləcə də Basarkeçər rayonunun kəndlərini əks etdirən video-təqdimat iştirakçılara təqdim olunub.

    Tədbiri giriş sözü ilə açan Basarkeçər rayon icmasının sədri, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Nuru Bayramov bildirib ki, tədbirin əsas məqsədi il ərzində müxtəlif sahələrdə uğur qazanmış gənclərin nailiyyətlərini qeyd etmək və onların fəaliyyətini stimullaşdırmaqdır. O vurğulayıb ki, ümumilikdə 70-ə yaxın gəncin uğurunun qeyd olunduğu bu görüşdə xüsusilə idman sahəsində fərqlənənlərin sayı çoxluq təşkil edir. Professor eyni zamanda qızların uğur göstəricilərində müşahidə olunan artımı yüksək qiymətləndirərək bunun gələcək üçün müsbət tendensiya olduğunu qeyd edib. N.Bayramov çıxışında gənclərin Qərbi Azərbaycan həqiqətlərinin təbliğində roluna da toxunaraq onların bu istiqamətdə fəallığının vacibliyini diqqətə çatdırıb.

    Daha sonra çıxış edən İcmanın Ağsaqqallar Şurasının sədri, akademik, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycan gənclərinin hər zaman ictimai fəallıqları ilə seçildiyini bildirib. O qeyd edib ki, gənclər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvədir və onların təşəbbüskarlığı ölkənin gələcək inkişafına mühüm töhfə verir. Akademik həmçinin vurğulayıb ki, Qərbi Azərbaycanla bağlı həqiqətlərin qorunması və beynəlxalq müstəvidə təbliği istiqamətində gənclərin iştirakı xüsusi əhəmiyyət daşıyır və bu sahədə onlara hər zaman dəstək göstərməyə hazırdır.

    Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Basarkeçər rayonunun Qərbi Azərbaycan tarixində və ictimai həyatında xüsusi yer tutduğunu vurğulayıb. O qeyd edib ki, Basarkeçər bölgəsi Qərbi Azərbaycanda azərbaycanlıların ən sıx yaşadığı rayonlardan biri olmaqla yanaşı, həm də geniş coğrafiyanı əhatə edən böyük mahalın tərkib hissəsi olub.

    Deputat bildirib ki, tarixən Basarkeçər rayonu həm təhsil, həm də ictimai fəallıq baxımından seçilib və ali məktəblərə qəbul göstəricilərinə görə daim ön sıralarda yer alıb. Onun sözlərinə görə, bu rayonun yetirmələri Qərbi Azərbaycan İcmasının formalaşmasında, təşkilatlanmasında və fəaliyyətində hər zaman mühüm rol oynayıblar və bu ənənə bu gün də davam edir.

    Ə.Ələkbərli çıxışında gənclərin uğurlarının yüksək qiymətləndirildiyini qeyd edərək bildirib ki, bu nailiyyətlər gələcək nəsillər üçün örnəkdir. O vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yaradılması tarixi torpaqlara qayıdış ideyasının həyata keçirilməsi baxımından mühüm bir mərhələdir və bu, dövlət səviyyəsində dəstəklənən strateji istiqamətdir.

    Deputat qeyd edib ki, müxtəlif dövrlərdə Qərbi Azərbaycan məsələsinin gündəmdən çıxarılması ilə bağlı müəyyən fikirlər səslənsə də, ölkə rəhbərliyi tərəfindən bu məsələyə hər zaman aydın və qəti mövqe bildirilib, Qərbi azərbaycanlıların qayıdış hüququnun aktual olduğu bir daha vurğulanıb. Bu istiqamətdə keçirilən beynəlxalq tədbirlərdə və qəbul olunan sənədlərdə də qayıdış məsələsinin prioritet kimi irəli sürüldüyünü diqqətə çatdırıb.

    Sonda Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinə töhfə verən hər kəsə təşəkkürünü bildirərək, bu istiqamətdə görülən işlərin daha da genişlənəcəyinə əminliyini ifadə edib.

    Digər çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə gənclərin əldə etdiyi uğurların ölkənin inkişafına verilən töhfə olduğunu bildirib və onların potensialının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Tədbirdə çıxış edən millət vəkili Rizvan Nəbiyev bildirib ki, çıxışında gənclərin uğurlarına xüsusi diqqət çəkərək bildirib ki, Azərbaycanın gəncləri hər zaman elm, təhsil və sosial sahələrdə qazandıqları nailiyyətlərlə seçiliblər və bu ənənə bu gün də davam edir. R.Nəbiyev gənclərə müraciət edərək qeyd edib ki, uğur asan əldə olunmur və hər bir nailiyyətin arxasında böyük zəhmət, iradə və davamlılıq dayanır. Bu fikrini əsaslandırmaq üçün o, dünya təcrübəsindən nümunələr gətirib, uğura gedən yolda uğursuzluqların vacib mərhələ olduğunu vurğulayıb. Bildirib ki, tanınmış şəxslərin həyat yolu göstərir ki, minlərlə cəhd və uğursuzluq sonda böyük nəticələrə gətirib çıxarır. O qeyd edib ki, uğursuzluqdan qorxmamaq, əksinə, ondan nəticə çıxarmaq və daha güclü iradə formalaşdırmaq uğurun əsas şərtlərindən biridir. Natiqin sözlərinə görə, hər bir gənc qarşısına məqsəd qoymalı, bu məqsədə çatmaq üçün əzmlə çalışmalı və heç bir çətinlik qarşısında geri çəkilməməlidir.

    Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Qaya Məmmədov çıxışında bildirib ki, Qərbi Azərbaycan mövzusu bu gün yalnız regional məsələ deyil, eyni zamanda milli kimlik və tarixi yaddaş məsələsidir. O bildirib ki, müxtəlif bölgələrdən olan insanların bir araya gələrək öz adət-ənənələrini, mədəniyyətlərini yaşatması təbii haldır, lakin Qərbi azərbaycanlıların vəziyyəti xüsusi xarakter daşıyır. Çünki onların doğma yurdları ilə fiziki əlaqəsi uzun illərdir kəsilib və bu bağlılıq daha çox xatirələr üzərindən yaşadılır.

    Deputat vurğulayıb ki, vətəndən ayrı düşmüş insanların bir araya gəlməsi, bir-biri ilə əlaqə saxlaması və ortaq dəyərlər ətrafında birləşməsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Qərbi azərbaycanlılar bu bağlılığı xatirələr, görüşlər və belə tədbirlər vasitəsilə yaşadır, bir-birinin sevincini və kədərini paylaşaraq milli birliklərini qoruyurlar. Q.Məmmədov gənclərə müraciət edərək bildirib ki, onların bu missiyada rolu xüsusilə vacibdir. O qeyd edib ki, gənclər Qərbi Azərbaycan həqiqətlərini dərindən öyrənməli, bu istiqamətdə maariflənməli və gələcəkdə bu ideyanın daşıyıcısı olmalıdırlar. Deputat vurğulayıb ki, bu məsələ artıq dövlət siyasətinin tərkib hissəsidir və gənclərin bu prosesdə fəal iştirakı zəruridirTop of Form.Bottom of Form

    Tədbir çərçivəsində bir sıra gənclər də çıxış edərək qazandıqları uğurlar, əldə etdikləri təcrübə və gələcək hədəfləri barədə fikirlərini bölüşüblər. Çıxış edənlər arasında idman sahəsində nailiyyət qazanan Leyla Camalzadə, təhsil sahəsində fərqlənən Murad Əliyev, sosial fəaliyyət və liderlik istiqamətində uğur qazanan Nicat Əliyev, eləcə də karyera və peşə sahəsində uğur əldə etmiş Başxanım Mahmudlu yer alıblar.

    Sonda 2025-ci il ərzində müxtəlif sahələrdə uğur qazanmış ümumilikdə 70-ə yaxın gənc Basarkeçər Rayon İcması tərəfindən təltif olunub.

    Geniş tərkibli və yüksək təşkilatçılıq səviyyəsi ilə seçilən tədbir gənclərin əldə etdiyi uğurların ictimaiyyətə təqdim olunması, onların gələcək fəaliyyətinə stimul verilməsi və Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində birliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.

    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    ATU-da Basarkeçərdən olan uğurlu gənclərlə geniş tərkibli görüş keçirilib
    #Qərbi Azərbaycan #AMEA #ATU #Azərbaycan Tibb Universiteti #Basarkeçər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Göygöldə “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” festivalı keçirilib

    22 İyun 2026 20:02

    Ankarada Qərbi Azərbaycanın və Qars bölgəsinin milli geyim mədəniyyətinə həsr olunmuş tədbirlər keçirilib

    4 İyun 2026 17:34

    Daşkənddə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş seminar keçirilib

    7 Aprel 2026 10:39

    Xəzər dənizində zəlzələ baş verib

    7 Aprel 2026 09:10

    Regionda gərginlik: Urmiyaya hücum və Netanyahunun İran açıqlaması

    27 Mart 2026 11:29

    AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yayıb

    25 Fevral 2026 09:56

    Qərbi Azərbaycan İcması Azərbaycan-Ermənistan normallaşma prosesinə qarşı yönəlmiş təxribatçı addımları pisləyib

    9 Fevral 2026 10:23

    Qərbi Azərbaycan İcması İdarə Heyətinin iclasında 2026-cı il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib

    4 Fevral 2026 09:21

    Naxçıvanda konstitusiya və suverenlik irsi ilə bağlı kitab nəşr edildi

    29 Yanvar 2026 13:35

    Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilik Şurasının iclası keçirilib

    14 Yanvar 2026 11:49

    AMEA-nın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib

    7 Yanvar 2026 17:14

    Qərbi Azərbaycan İcmasının Ümumi Yığıncağı keçirilib

    20 Dekabr 2025 14:12
    XƏBƏR LENTİ

    “AzerGold” vətəndaşları saxta investisiya kampaniyaları və fişinq hücumlarına qarşı xəbərdar edib

    Antalya Hava Limanında sərnişin axını 13 milyonu ötüb (ÖZƏL)

    Prezident İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul edib

    Türkiyənin Ankara Esenboğa Hava Limanında sərnişin axını 7 faiz artıb (ÖZƏL)

    İranda saxlanılan ABŞ vətəndaşı azad edilib - Donald Tramp

    Tehran ABŞ-ın mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib

    Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib

    Tramp Prezident İlham Əliyevin Şuşa Media Forumunda səsləndirdiyi bəyanatlarla bağlı məqaləni paylaşıb

    Azərbaycan və UN-Habitat saziş imzaladı

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.