Bakı. AzerPress:
Azərbaycan və Ermənistan arasında danışıqlar prosesi üçüncü ölkələrin girovuna çevrilməməlidir.
Bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında AzerPress-in sualını cavablayarkən bildirib.
“İki ölkə XİN başçıları arasında dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimizdən səsləndirilib. Azərbaycan və ya Ermənistanda keçirilməsinə gəlincə isə, potensial olaraq niyə də yox?
Gec-tez biz bunu da görəcəyik”,- deyə nazir əlavə edib.