#Bosniya soyqırımı

1992–1995-ci illərdə Bosniya və Herseqovinada baş verən müharibə zamanı Saraybosna mühasirəsində pullu “həftəsonu snayper səfərləri” təşkil olunmasına dair iddialar İtaliyanın Milan Prokurorluğu tərəfindən araşdırılır. Məsələ, Qərb ölkələrindən gələn şəxslərin yüksək məbləğ ödəyərək mülki şəxslərə atəş açdığına dair məlumatların istintaqa təqdim edilməsindən sonra yenidən beynəlxalq gündəmə çıxıb.

ABŞ-də Bosniya müharibəsi zamanı baş verən “cinayət turizmi” iddiaları ilə bağlı yeni araşdırma başladılıb. ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna, X sosial şəbəkəsində yayılan məlumatlar fonunda, Bosniyada mülki şəxslərə - o cümlədən uşaqlara - pul qarşılığında atəş açıldığı iddialarının artıq rəsmi şəkildə araşdırıldığını bildirib.