Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Əhali azalması Türkiyə üçün müharibədən daha təhlükəlidir - Ərdoğan

    19 Aprel 2025 16:45
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Əhali azalması Türkiyə üçün müharibədən daha təhlükəlidir - Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    “Əhali azalması Türkiyə üçün müharibədən daha böyük təhlükədir”.

    AzerVoice xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhali azalmasının Türkiyə üçün ən ciddi təhdidlərdən biri olduğunu bildirib.

    Atatürk Mədəniyyət Mərkəzində keçirilən KADEM-in 5-ci Adi Baş Assambleyasında çıxış edən Prezident Ərdoğan, əhali strukturundakı dəyişikliklərin gələcək üçün böyük təhlükə yaratdığını vurğulayıb. O qeyd edib ki, əhali azalması ölkənin gələcəyini təhdid edən əsas problemlərdəndir və bu, təkcə statistik bir məsələ deyil, milli təhlükəsizlik məsələsidir.

    Prezident Qərb dəyərlərinin ailə institutu və demoqrafik sabitlik üzərindəki mənfi təsirlərini tənqid edib. O bildirib ki, sosial medianın xaotik mühiti, gender neytrallaşdırma siyasətləri və neoliberal həyat tərzi ailə dəyərlərini sarsıdır, gəncləri evlənməkdən və ailə qurmaqdan uzaqlaşdırır.

    Ərdoğan həmçinin vurğulayıb ki, əhalinin azalması ilə mübarizə yalnız maddi təşviqlərlə deyil, həm də mədəni və mənəvi dəyərlərin yenidən dirçəldilməsi ilə mümkündür. Bu çərçivədə ailə institutunu qorumaq və gücləndirmək dövlətin prioritetlərindən biri olmalıdır.

    Qeyd edək ki, son illərdə Türkiyədə doğum nisbətində ciddi azalma müşahidə olunur. Proqnozlara görə, mövcud tendensiya davam edərsə, yaxın 10 ildə əhali artımı dayanacaq, əsrin sonuna qədər isə əhali 10 milyon nəfər azala bilər.

    #Türkiyə #Rəcəb Tayyib Ərdoğan #əhali azalması #doğum nisbəti #Aşağı doğum nisbətləri #Sosial media təsirləri #Əhalinin yaşlanması #KADEM Assambleyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

    3 Sentyabr 2026 11:04

    Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

    2 Sentyabr 2026 15:56

    Mərmərə dənizində yük gəmisi batıb, 10 dənizçi itkin düşüb

    2 Sentyabr 2026 12:23

    Türkiyə ŞƏT ilə əməkdaşlığını hər sahədə inkişaf etdirməyə çalışacaq - Ərdoğan

    1 Sentyabr 2026 14:03

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol

    1 Sentyabr 2026 11:31

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    31 Avqust 2026 22:12

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    31 Avqust 2026 19:32

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.