Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin konkret nəticələrə yol açdığını vurğulayıblar

    28 Avqust 2024 00:55
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin konkret nəticələrə yol açdığını vurğulayıblar
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. AzerVoice

    Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə Respublikasına işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla keçirilən görüşdə, iki ölkə arasında mövcud müttəfiqlik münasibətlərinin siyasi, təhlükəsizlik, müdafiə, iqtisadi-ticari, enerji, nəqliyyat-kommunikasiya, humanitar və digər aspektləri, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

    Xarici İşlər Nazirliyindən AzerVoice-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluğa əsaslanan strateji müttəfiqliyin inkişafında iki ölkə liderləri arasında mövcud olan siyasi dialoq və qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

    Şuşa Bəyannaməsinin artıq bir çox sahələrdə əməkdaşlıq perspektivlərinin inkişafında konkret nəticələr verdiyi məmnuniyyətlə qeyd edilib.

    Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə yaradılan Türkiyə-Azərbaycan Universitetinə bu il tələbə qəbulunun həyata keçirildiyi və yüksək balla qəbul olan tələbələrin olması təqdir edilib. Universitetə olan böyük marağın təhsil sahəsində əlavə stimullar yaradacağı vurğulanıb.

    İkitərəfli əməkdaşlığın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional və beynəlxalq təşkilatlarla yanaşı, müxtəlif çoxtərəfli formatlarda davam etdirildiyi qeyd edilib. Xüsusilə, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığın inkişafına xüsusi önəm verildiyi bildirilib. Eyni zamanda, üçtərəfli və dördtərəfli formatlarda əməkdaşlığın regional sabitlik və təhlükəsizliyə ciddi töhfələr verdiyi vurğulanıb.

    Ceyhun Bayramov, həmçinin, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik fəaliyyəti haqqında ətraflı məlumat verib.

    Görüş zamanı, postmünaqişə dövründə bölgədəki vəziyyət və regional sülhün normallaşma prosesinə təhdidlər barədə də fikir mübadiləsi aparılıb. Ermənistanın konstitusiyasında və digər qanunvericilik aktlarında Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünə davam edən iddiaların, eləcə də Ermənistanın hərbiləşmə siyasətinin sülh prosesinə əsas maneələr olduğu diqqətə çatdırılıb.

    44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, eləcə də Qarabağ bölgəsində davam edən yenidənqurma və bərpa işlərində aktiv iştirakı yüksək qiymətləndirilib.

    Bununla yanaşı, görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə edilib.

    Ceyhun Bayramov və Hakan Fidan Şuşa Bəyannaməsinin konkret nəticələrə yol açdığını vurğulayıblar
    #Türkiyə #Azərbaycan #Hakan Fidan #Ceyhun Bayramov
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələr keçirilib

    9 İyun 2026 23:00

    Azərbaycan və Slovakiya gənclər diplomatiyası vasitəsilə parlament əməkdaşlığını gücləndirir - Səfir

    9 İyun 2026 22:41

    Türkiyə artıq başqalarının yazdığı ssenaridə rol oynamır - Ərdoğan

    9 İyun 2026 16:38

    Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır - Rufiz Hafizoğlu

    9 İyun 2026 13:16

    Azərbaycan vətəndaşlarına münaqişə zonalarından uzaq durmaq çağırışı edib

    9 İyun 2026 11:33

    Ceyhun Bayramov Yaponiyaya getdi

    9 İyun 2026 09:26

    Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə İstanbul Bəyannaməsi qəbul edilib

    8 İyun 2026 17:47

    Maka Boçorişvili: Azərbaycan və Ermənistan arasında müsbət dinamika regionda sülhü gücləndirəcək

    8 İyun 2026 17:20

    Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

    8 İyun 2026 17:13

    Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçıları İstanbulda üçtərəfli formatda görüşdü

    8 İyun 2026 16:04

    Azərbaycanın Portuqaliyada səfirliyi açılacaq

    8 İyun 2026 11:56

    Paşinyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa sadiqliyini bəyan edib

    8 İyun 2026 10:54
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

    İrandan ABŞ-a cavab: İordaniyadakı F-35 bazası və Bəhreyndəki 5-ci Donanma vuruldu

    Helikopter qəzası hücum etmək üçün bəhanədir - İran

    Aİ Rusiya Pravoslav Kilsəsinin lideri Patriarx Kirilli sanksiya siyahısına əlavə edib

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında önəmli görüş: Meksika ilə mədəni diplomatiya körpüləri qurulur

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 32 milyondan çox xarici sərnişin (ÖZƏL)

    DÇ-2026-da boy fərqi 44 santimetrdən çoxdur: Turnirin ən uzun və ən qısa futbolçuları kimlərdir?

    Kütlələrin yeni seçimi: 2027 Rivian R2 elektrik krossoveri təqdim olundu

    Nümayişkaranə alış-veriş nədir? İnsanlar ehtiyac üçün, yoxsa başqalarının rəğbəti üçün alış-veriş edir?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.