Bakı,AzerVoice
Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz İsrailin xarici işlər naziri Yisrael Katzın prezident Rəcəb Tayyib Ərdoğanı hədəf alan sözlərinə reaksiya verib.
AzerVoice xəbər verir ki, bu barədə Yılmaz X sosial media hesabında paylaşım edib.
"Beynəlxalq Ədalət Məhkəməsində soyqırım və döyüş cinayətləri ilə mühakimə olunan Netanyahu administrasiyasından prezidentimizə qarşı limitsiz açıqlamalar verilir. Daimi atəşkəsə və sülhə nail olmaq üçün onun hərbi imkanları tükənib",- deyə Yılmaz bildirib.