Bakı, VOA
Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvləri ABŞ prezidenti Co Baydenə məktub yazaraq Türkiyədən şikayət ediblər.
VOA xəbər verir ki, 15 iyul çevriliş cəhdinin səkkizinci ildönümünə sayılı günlər qalmış FETÖ yeni addım atıb.
Təşkilat Türkiyəni ləkələmək və özünə bəraət qazandırmaq üçün ABŞ prezidenti Co Baydenə məktub təqdim etməyə hazırlaşır.
FETÖ-çülər hələ paylaşmadıqları bu məktubla bağlı imza kampaniyasına başlayıblar. Onların məqsədi məktubu imzalamaqla ABŞ prezidenti Co Baydeni öz tərəflərinə çəkməkdir. Hazırlanan məktub ABŞ Konqresinin bəzi üzvləri tərəfindən də dəstəklənib.
Bundan əlavə qeyd etmək lazımdır ki, daxili hesablaşmalar, etiraflar və təşkilat liderinin qaçırılması iddialarından sonra FETÖ-dən ayrılan şəxslərin sayı artmağa başlayıb.
Ayrıca, FETÖ liderinin səhhətinin yaxşı olduğunu sübut etmək üçün onun keçmiş fotolar paylaşılır. Bu taktikalar inandırıcı olmadıqda, təşkilat üzvləri qrup lideri Fətullah Güləni ziyarət etdikləri ilə bağlı görüntülər də paylaşmaq məcburiyyətində qalırlar.