Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib

    19 İyun 2024 15:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Xarici İşlər Nazirliyi Ermənistan XİN-ə cavab verib
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı. VOA:

    Kütləvi silahlanma siyasətinin Ermənistanın suveren hüququ olması barədə iddia ilə əlaqədar qeyd edək ki, məhz nəyə görə Ermənistan tərəfindən bu addımların atılmasının qeyri-legitim olduğu və ölkəmizə qarşı təhlükə yaratdığı hər kəsə məlum olmalıdır.

    VOA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Xarici İşlər Nazirliyinin 19 iyun tarixli bəyanatına dair şərhində bildirilib.

    Qeyd olunub ki, 30 il ərzində məhz beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, bu gün dəfələrlə istinad etdiyi Alma-Ata bəyannaməsinə zidd olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təcavüz törədən, qonşularına qarşı ərazi iddialarını davam etdirən, öz təcavüzkar əməllərini məhz Azərbaycan tərəfindən atılmış addımlar nəticəsində dayandıran Ermənistanın sülhpərvər ölkə imici yaratması siyasi manipulyasiyadır.

    "1991-ci ilin sərhədləri və Alma-Ata bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 30 ildən artıq müddətdə nəyə görə bu razılıqlara əməl etmədiyinə, Sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtina etdiyinə, Azərbaycan ərazilərini işğal etdiyinə izahat verməsi daha yaxşı olardı.

    Heç bir sərhəd tanımayan Ermənistanın Azərbaycan hərbçilərinin 30 ildən sonra yerləşdiyi mövqeləri delimitasiya olmadan öz kəndlərinin əraziləri kimi təqdim etməsi və Azərbaycanı işğalda təqsirləndirməsi absurddur.

    Guya sülhü dəstəkləyən və Ermənistanın məhz müdafiə qabiliyyətini artırmağa yönəlmiş bəyanatlarına zidd olaraq, Ermənistanın ölümcül hücum silahları ilə təchiz edilməsində yarışan Fransa kimi ölkələrin Ermənistanın yeni gərginlik və təhdid mənbəyinə çevrilməsinə xidmət etdiyi bəllidir. Bu siyasətin Ermənistanın növbəti mümkün təcavüzünə töhfə verdiyini nəzərə alaraq, nə qədər ki gec deyil, bu addımlardan çəkinilməsi əhəmiyyət kəsb edir.

    Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır", - şərhdə vurğulanıb.

    A.Hacızadə əlavə edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin bu problemin göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir: "Qeyd edilənləri nəzərə alaraq, bu ölkənin Azərbaycan tərəfinin sülh prosesində səmimiliyini şübhə altına almağa heç bir mənəvi əsası yoxdur. Ermənistanın bölgədə yeni gərginlik yaratmaq, sülh və sabitliyə mane olmaq istiqamətində yürütdüyü məkrli siyasətin heç bir nəticə verməyəcəyini bir daha bəyan edirik. Ermənistan tərəfi bu kimi təxribatlar və Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir".

    #Xarici İşlər Nazirliyi #Ayxan Hacızadə
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55

    Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

    28 Avqust 2026 16:19

    Ballıqaya qətliamının günahkarları ədalət qarşısında cavab verməlidir - XİN

    28 Avqust 2026 10:49

    Azərbaycan XİN Rusiyada səfirliyin qonaq evinin qarşısındakı təxribatı pisləyib

    27 Avqust 2026 15:51

    Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

    27 Avqust 2026 13:40

    Azərbaycan Afrika Respublikasına başsağlığı verib

    20 Avqust 2026 12:10

    Azərbaycan Əfqanıstanı təbrik edib

    19 Avqust 2026 10:35

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19

    Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib

    10 Avqust 2026 16:14

    Ceyhun Bayramov Ukrayna Prezident Ofisinin rəhbəri ilə görüşüb

    6 Avqust 2026 20:35

    Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

    6 Avqust 2026 16:05
    XƏBƏR LENTİ

    Qırmızı dənizin təhlükəsizliyi sahilyanı dövlətlərin müstəsna məsuliyyətidir

    Hörmüz boğazından neft tədarükünün əvvəlki həcmi bərpa olunub - Tramp

    İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox artefaktı geri qaytaracaq

    Misirin Çinə ixracı ilin ilk yarısında 200 faizə yaxın artıb

    Misirin qeyri-neft özəl sektorunda bərpa prosesi davam edir

    Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

    Təhlükəsiz torpaqdan dayanıqlı şəhərlərə: Minatəmizləmə ərazi inkişafının təməl komponentinə çevrilir

    Səudiyyə Ərəbistanı Olimpiadada 11 idman növünə fokuslanacaq

    Azərbaycanda da sevilən ərəb ulduzu qayıdır - Şirin Əbdülvahabdan yeni albom müjdəsi

    Dubay birjası Körfəz bazarlarında yüksəlişə yönəlib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.