Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Baş xəbər
    Baş xəbər

    Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

    7 Mart 2025 10:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
    Facebook Twitter LinkedIn Pinterest Email

    Bakı,AzerVoice Analitik Təhlil Mərkəzi

    Liviyada dövlət qulluqçularının maaşlarından "Cihad Vergisi" adı altında tutulmuş və yarım əsrdən çox qüvvədə qalmış vergi nəhayət ölkənin Ali Məhkəməsi tərəfindən qeyri-konstitusion elan edilib.

    Bu vergi nə idi və kimlər üçün nəzərdə tutulmuşdu və vergi niyə ləğv edildi?

    Vergiyə qarşı ilk iddia

    2017-ci ilin yanvarında Liviya Təhsil Nazirliyində çalışan Əli Sənusi Muna adlı vətəndaş məhkəməyə müraciət edərək, onun maaşından hər ay 3% məbləğində verginin tutulduğunu bildirdi. O, bu vergini qeyri-konstitusion hesab edərək məhkəməyə 7 dövlət rəsmisinə qarşı iddia qaldırdı.

    İddiaya əsasən, bu vergi 1970-ci il martın 26-da Liviya İnqilab Şurası tərəfindən qəbul edilən 44 saylı qanuna əsaslanırdı. Lakin 2011-ci il sentyabrın 3-də qəbul edilən Konstitusiya Bəyannaməsinin İslam şəriətini əsas qanun mənbəyi elan etməsi səbəbindən bu verginin İslam hüququna uyğun olmadığı iddia edildi.

    Verginin məzmunu və məqsədi

    Həmin 44 saylı qanun və onun 1972-ci ildə qəbul edilən düzəlişləri (59 saylı qanun) Cihad Vergisinin tətbiqini belə tənzimləyirdi:

    • 1% vergi – maaşı 50 dinardan aşağı olan şəxslər üçün

    • 2% vergi – maaşı 50-100 dinar arası olanlar üçün

    • 3% vergi – maaşı 100 dinardan yuxarı olanlar üçün

    Bu qanuna əsasən toplanan vəsaitin istifadəsi aşağıdakı məqsədlərə yönəldilmişdi:

    1. İslam dünyasını müstəmləkəçi güclərə qarşı cihada hazırlamaq

    2. İslam aləminin müstəqilliyini qorumaq

    3. Şəhid ailələrinə və müharibədə yaralananlara maddi yardım etmək

    4. İslam dininin təbliği üçün qurumlar və infrastrukturlar yaratmaq

    Verginin icrası isə Xəzinədarlıq, Daxili İşlər, Yerli İdarəetmə və Nəqliyyat nazirlərinə həvalə olunmuşdu. Qanunun icraçılarından biri də Müəmmər Qəddafi və onun hökumətindəki yüksək vəzifəli şəxslər idi.

    Ali Məhkəmənin qərarı

    Liviya Ali Məhkəməsi qərarında bu verginin Konstitusiya Bəyannaməsinə zidd olduğunu və ona əsaslanan 44 saylı qanunun konstitusiyaya uyğun gəlmədiyini bildirdi. Lakin dövlətin vergi ödəyicilərinə bu vəsaitləri geri qaytarmasının mümkünsüz olduğunu əsas gətirərək, yalnız qanunun ləğvinə qərar verdi.

    Verginin geri qaytarılması tələbi

    Liviya müftisi Sadiq əl-Qəriyani, parlament tərəfindən vəzifəsindən uzaqlaşdırılsa da, uzun müddətdir bu verginin ləğvi üçün məhkəmə iddialarının qaldırılmasını təbliğ edirdi. O, həmçinin liviyalılara illərlə maaşlarından tutulmuş məbləği geri tələb etməyə çağırmışdı.

    Baxmayaraq ki, məhkəmə hökumətin bu pulu qaytarmaq məcburiyyətində olmadığını elan edib, bəzi hüquqşünaslar bu qərarın icrasına qarşı yeni məhkəmə iddialarının qaldırılmasını təklif edirlər. Xüsusilə, 53 il boyunca toplanmış bu məbləğin geri qaytarılması üçün icraedici hakimiyyətə qarşı hüquqi addımlar atıla bilər.

    YEKUN

    Liviyada yarım əsrdən artıq qüvvədə qalan Cihad Vergisi nəhayət ləğv edilib. Lakin bu pulun geri qaytarılması məsələsi hələ də müzakirə predmetidir. Dövlətin bu vəsaitləri geri qaytarması mümkün görünməsə də, vətəndaşlar və hüquqçular bu məsələni gündəmdə saxlamaqda davam edirlər.

    #Liviya #Müəmmər Qəddafi #Cihad Vergisi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    1 sentyabrda ərəb dövlətlərində nə baş verdi?

    1 Sentyabr 2026 03:00

    Bu gün Müəmmər əl-Qəzzafi Liviyada inqilab nəticısində hakimiyyətə gəldi

    1 Sentyabr 2026 02:00

    Liviyada elektrik stansiyalarında partlayışlar: Ölkənin qərbi qaranlığa qərq oldu

    16 Avqust 2026 11:22

    Həftar İŞİD-ə qarşı əməliyyata kömək edib

    15 Avqust 2026 13:42

    Tarixdə bu gün - 7 İyul

    7 İyul 2026 00:01

    Liviya sərt qərar verdi: Dörd Afrika ölkəsinin vətəndaşlarına giriş qadağan edildi

    24 İyun 2026 14:55

    Livanın baş naziri Suriyaya ikinci rəsmi səfərini edib

    19 May 2026 16:26

    Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib

    17 May 2026 16:48

    Qəddafinin pulları Sarkozinin siyasi karyerasını bitirə bilərmi?

    11 May 2026 16:43

    Liviya kubokunda erkən final

    1 May 2026 16:47

    Türkiyə Liviyanın dəniz səlahiyyətləri ilə bağlı mövqeyinə dəstəyini açıqlayıb

    19 Fevral 2026 14:40

    Türkiyə ilə Liviya arasında təhlükəsizlik əməkdaşlığı müzakirə olunub

    16 Fevral 2026 14:39
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.