Bakı. AzerVoice:
Cari ildə boğazlardan keçən gəmilərin sayı 8,2 faiz artıb.
AzerVoice-nin məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
“2023-cü ildə boğazlarımızdan 83 min 892, Bosfordan 39 min, Çanaqqala boğazından isə 44 min 892 gəmi keçib.” - deyə o qeyd edib.
Uraloğlu bildirib ki, 2022-ci illə müqayisədə cari ildə 8,2 faiz artım olub.
Hafiz Rufizoğlu