Bakı, AzerVoice
İsrail döyüş təyyarələri Livanın hava məkanını pozub.
AzerVoice xəbər verir ki, İsrail ordusuna məxsus döyüş təyyarələri Hizbullahın baş katibi Həsən Nəsrullahın çıxışından əvvəl Beyrut səmasında alçaqdan uçub.
Beyrutun cənubunda Hizbullahın qalası kimi tanınan Dahiyedə bəzi evlərin şüşələri sındırılıb.
Sosial mediada paylaşılan görüntülərdə Beyrutdakı vətəndaşların adi gözlə səs partlayışı salan döyüş təyyarələrini görə bildiyi bildirilib.
Hafiz Rufizoğlu