Bakı, AzerVoice
İsrail ordusu Livanın cənubuna hava hücumu təşkil edib.
AzerVoice xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama verib.
Açıqlamada 17 yaşlı qızın öldüyü, altı nəfərin yaralandığı bildirilib.
Xəsarət alanların vəziyyətlərinin ağır olduğu və onların müalicə olunmaq üçün rayonun müxtəlif xəstəxanalarına yerləşdirildiyi bildirilib.
Hafiz Rufizoğlu