Bakı, AzerVoice
İsrailin Livanın paytaxtı Beyrutun cənub bölgəsində həyata keçirdiyi hücumda 1 nəfərin öldüyü, 68 nəfərin yaralandığı açıqlanıb.
AzerVoice xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyinin bəyanatında deyilib.
Livanın rəsmi xəbər agentliyi NNA-da yer alan xəbərdə İsrailin paytaxt Beyrutun cənub bölgəsinə təşkil etdiyi hücumda Hizbullahın Şura Şurasının yerləşdiyi Huhreyk rayonunun hədəf alındığı bildirilib.
İsrail mətbuatı Livanın paytaxtı Beyrutda axşam saatlarında həyata keçirilən hücumda Hizbullahın 2 nömrəlisi olduğu iddia edilən Fuad Şükürün hədəf alındığını iddia edib.
Hafiz Rufizoğlu