İranın Birinci Vitse-Prezidenti Məhəmməd Rza Arif bildirib ki, ölkənin Hörmüz boğazı üzərində hüququ “qəti şəkildə müəyyən olunub və bu məsələ artıq bağlanıb”. İranın Birinci Vitse-Prezidenti bu məsələnin artıq müzakirəyə açıq olmadığını və Hörmüz boğazı üzərindəki İranın hüquqlarının birmənalı şəkildə təsdiqləndiyini vurğulayıb.
Xəbər lenti
Bəhreyn və ABŞ tərəfindən BMT Təhlükəsizlik Şurasına təqdim edilən Hörmüz boğazının yenidən açılmasına dair qətnamə layihəsinin qəbul olunması ehtimalı aşağıdır. Dəniz hüququ və hərbi məsələlər üzrə ekspert Alexandru Hudisteanu, qətnamənin çox güman ki, Çin və Rusiya tərəfindən veto ediləcəyini bildirib. Onun sözlərinə görə, bu ölkələr qətnamənin münaqişədə bütün tərəfləri nəzərə almadığını iddia edərək ona qarşı çıxacaqlar.
Beynəlxalq Enerji Agentliyi bildirib ki, Avropanın Yaxın Şərqdən aldığı aviasiya yanacağı tədarükü aprel ayında kəskin azalıb və region bu boşluğu kompensasiya etməkdə çətinlik çəkir. Aylıq hesabatda qeyd olunur ki, idxaldan asılı regionlar, xüsusən Avropa, itirilmiş həcmin ən azı 80 faizini əvəz etməlidir ki, yay aylarında tədarük çatışmazlığı yaranmasın.
Üç günlük güclü artımdan sonra bu gün, çərşənbə günü neft qiymətlərində geriləmə müşahidə olunub. Eyni zamanda, investorların ABŞ Prezidenti Donald Tramp və çinli həmkarı Si Cinpin arasında Pekində keçiriləcək mühüm zirvə görüşünü gözləməsi fonunda qızıl qiymətləri sabit qalıb. VOA xəbər verir ki, Bbazardakı bu dinamika həm də İrandakı müharibə və Hörmüz boğazının bağlanması ilə bağlı davam edən gərginliklər fonunda baş verir.
İranın xarici işlər naziri Abbas Əraqçi Küveyt hakimiyyətinə qarşı sərt ittihamlar irəli sürərək, bu ölkənin İran vətəndaşlarına qarşı təcavüz etdiyini bildirib. Nazir qeyd edib ki, Küveyt tərəfi İran qayığına hücum edərək 4 İran vətəndaşını saxlayıb.
İsrail buldozerləri bu həftə Qüdsün cənub-şərqində yerləşən bir şəhər kənarında onlarla Fələstin dükanını sökərək işğal altındakı İordan çayının qərb sahilində məskunlaşma yolu layihəsi üçün ərazini təmizləyib. “Peace Now” adlı məskunlaşma əleyhinə qrupun direktoru bildirib ki, İsrail sökülən dükanların yerində yeni yol inşa etməyi planlaşdırır. Bu yol Fələstin hərəkətini yönləndirərək E1 bölgəsinin fələstinlilər üçün bağlanmasına səbəb olacaq.
İsrail ordusu, İranın dəstəklədiyi Livan qrupu Hizbullanı “terror planları” hazırlamaqda ittiham edib. Bəyanat, İsrailin Livanın cənubunda quru əməliyyatlarını davam etdirdiyi, bombardmanlar həyata keçirdiyi və əraziləri ələ keçirdiyi bir vaxtda yayıldı. İsrail ordusunun iddiasına görə, Hizbullah İsrail əsgərlərinə və hərbi texnikasına qarşı raket hücumları həyata keçirib, lakin itkilər barədə məlumat verilməyib.
İsrailin Livanda həyata keçirdiyi bir sıra hava və dron zərbələri nəticəsində 12 nəfər həlak olub. Ölənlər arasında uşaqlar da var. Hücumlar əsas döyüş bölgəsindən kənarda, Beyrutdan 20 km cənubda yerləşən sahil magistralında avtomobillər hədəf alınıb. Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zərbələr nəticəsində 8 nəfər, o cümlədən 2 uşaq həyatını itirib. D
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası ilə əlaqədar yollarda tənzimləmənin aparılması və tətbiq ediləcək məhdudiyyətlər səbəbindən mayın 16-dan 28 sayda avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir, 4 sayda ekspres marşrutun fəaliyyəti isə müvəqqəti dayandırılır.
İran Ordusunun sözçüsü briqada generalı Məhəmməd Əkrəmi Nia bildirib ki, ABŞ ilə atəşkəsin taleyi qeyri-müəyyən qalarkən, İranın silahlı qüvvələri ən yüksək hazırlıq səviyyəsini saxlayır. O, İranın düşmənin heç bir məqsədinə nail olmasına imkan vermədiyini və bu müharibədən sonra geri çəkilmək üçün yer olmadığını vurğulayıb.
Sergey Lavrov, ABŞ-ın Tramp administrasiyasını qlobal enerji bazarlarında təsirini genişləndirmək və Rusiyanın enerji şirkətlərini beynəlxalq bazarlardan sıxışdırmaq məqsədilə addımlar atmaqda ittiham edib. O, ABŞ-ın enerji bazarlarında dominant mövqeyə sahib olmaq istəyini açıq şəkildə bəyan etdiyini və bunun qlobal enerji axınlarını nəzarət altına almağa yönəldiyini bildirib.
Çin və Qloballaşma Mərkəzinin prezidenti Henri Vanq bildirib ki, Pekin ABŞ-İran münaqişəsinin sona çatdırılmasına kömək etmək üçün vasitəçi rolunu oynaya bilər. O, Çin tərəfindən Hörmüz boğazındakı ciddi məhdudiyyətlərin aradan qaldırılması təklifini dəstəkləyərək, müharibənin dayandırılmasının və ədalətli nəticə əldə edilməsinin vacibliyini vurğulayıb.
İki milyon barel İraq xam nefti daşıyan Çinə məxsus "Yuan Hua Hu" adlı supertanker, Hörmüz boğazını keçib və hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə qarşı yaratdığı blokadaya baxmayaraq, Oman körfəzi yaxınlığında lövbər salıb. Bu, ABŞ və İsrailin İrana qarşı müharibəsinin başlanmasından bəri Çin neft tankerinin bu su yolundan keçməsi ilə bağlı məlum olan üçüncü haldır.
Bakı Dəmiryolu Vağzalında üztanıma ilə ödəniş sisteminin tətbiqinə hazırlıq gedir. Yaxın günlərdə bu sistemin sərnişinlərin istifadəsinə veriləcəyi gözlənilir. Bu sistemin tətbiqi ictimai nəqliyyatda bir ilk olacaq.
İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilindəki Əqqabə qəsəbəsində həyata keçirdiyi reyd nəticəsində 2 nəfər yaralanıb, 17 nəfər isə saxlanılıb. Fələstin Qızıl Aypara Cəmiyyəti tərəfindən verilən məlumata görə, yaralanan şəxslər İsrail əsgərləri tərəfindən döyülərək zərər çəkiblər və onlara tibbi yardım göstərilib.
BŞ prezidenti Donald Tramp, Çin Xalq Respublikasının liderləri tərəfindən təntənəli şəkildə hava limanında qarşılanıb. "Air Force One" təyyarəsinin enişindən sonra, Çin tərəfi qırmızı xalça sərərək, yüksək səviyyəli qarşılanma mərasimi təşkil edib. Mərasimə təxminən 300 nəfərdən ibarət Çin gəncləri, hərbi fəxri qarovul dəstəsi və hərbi orkestr iştirak edib. Trampın səfəri zamanı "Biz iki supergücük" ifadəsini işlədib, Çin isə hərbi baxımdan ikinci güc olaraq qeyd edilib.
İran və ABŞ arasında sülh sazişinin formalaşdırılmasına yönəlmiş yeni təkliflər ətrafında yaranmış nikbinlik bu həftə sürətlə zəifləyib. Prezident Donald Tramp bildirib ki, aprelin 8-dən qüvvədə olan İranla atəşkəs hazırda “yaşam dəstəyi” vəziyyətindədir. Trampın administrasiyası ABŞ-ın döyüş əməliyyatlarını yenidən başlada biləcəyinə dair açıq siqnallar verir. Analitiklər isə Trampın sərt ritorikasına baxmayaraq, Yaxın Şərq bölgəsinin hələ də “boz zona”da qaldığını vurğulayır.
Prezident Donald Tramp Pekində “Air Force One” təyyarəsindən enərək Çin rəsmiləri və izdiham tərəfindən qarşılanıb. Trampın Çinə gəlişi, ictimaiyyət üçün nəzərdə tutulan başqa bir tədbirə səbəb olmayıb. Lakin cümə axşamı və cümə günü Çin Prezidenti Si Cinpinq ilə bir neçə dəfə görüş keçirəcəyi gözlənilir. Bu səfər, Tramp administrasiyası üçün həssas bir dövrə təsadüf edir və onun ölkə daxilindəki reytinqinə təsir edəcək. Tramp, Çində Amerika ərzaq məhsulları və təyyarələrinin alınması ilə bağlı yeni ticarət razılaşmaları imzalamağı hədəfləyir.
"Tacikistanın paytaxtı Düşənbədə keçirilən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Konfransının 35-ci sessiyası çərçivəsində Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Tacikistan kənd təsərrüfatı nazirinin müavini Anvari Nigina ilə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafı müzakirə olunub."
"Mayın 14-də Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalının açılışı olacaq. Festivalda yerli incəsənət xadimləri ilə yanaşı, ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə, Yaponiyadan da incəsənət xadimləri iştirak edəcək."
İran Ordu Sözcüsü, Məhəmməd Ekreminiya, Hüömüz Boğazının iqtisadi təsirləri ilə bağlı açıqlama verərək, Hörmüz Boğazının idarə edilməsinin, İranın neft gəlirlərini iki qatına qədər artıracağını bildirib. Ekreminiya, Hörmüz Boğazının nəzarətinin İranın iqtisadiyyatına və xarici siyasətinə böyük təsir göstərəcəyini bildirib.
Biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə keçirilən IX Milli İnsan Resursları Forumunun başlamasına cəmi 3 gün qaldı. Ölkənin HR ekosistemini bir araya gətirəcək bu mötəbər tədbir 16 may tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük rəsmi səfəri başlayıb. Ağ Ev rəhbəri və onun nümayəndə heyətini daşıyan təyyarə artıq Pekin Beynəlxalq Hava Limanına enib. Səfər zamanı Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşərək bir sıra mühüm məsələləri, o cümlədən qarşılıqlı tətbiq olunan gömrük rüsumlarını, İran müharibəsini və Hörmüz boğazının bağlanması ilə əlaqədar yaranmış qlobal enerji böhranını müzakirə edəcəyi gözlənilir.
Bu göstərici Pentaqonun cəmi iki həftə əvvəl Konqresə təqdim etdiyi 25 milyar dollarlıq proqnozu xeyli üstələyib. Maliyyə yükünün artım sürəti ekspertlər arasında ciddi narahatlıq doğurur. Harvard Kennedi Məktəbinin mütəxəssisləri hələ aprel ayında xəbərdarlıq etmişdilər ki, münaqişənin ABŞ vergi ödəyicilərinə verəcəyi ümumi zərər uzunmüddətli perspektivdə 1 trilyon dollara çata bilər.