Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp İranla bağlı tənqidi sualdan sonra jurnalistə sərt reaksiya verərək, onu “saxta adam” adlandırıb və yazdıqlarını “xəyanət” adlandırıb. Tramp bildirib ki, ABŞ İranda tam hərbi qələbə qazanıb və yazdıqlarını redaktorların yönləndirdiyini, jurnalistin isə özündən utanmalı olduğunu vurğulayıb.

İran Prezidenti Məsud Pezeşkian İraqın yeni Baş naziri Əli əl-Zaidini parlamentin etimadını qazanaraq andiçmə mərasimindən sonra vəzifəyə başlaması münasibətilə təbrik edib. O, xalqlar arasında mövcud olan dərin bağlara əsaslanaraq strateji əməkdaşlığın yeni səhifəsinin açılacağını vurğulayıb və İranın İraqın inkişafı və təhlükəsizliyi yolunda yanında olmağa davam edəcəyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki “Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub. Bildirildi ki, “Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki “Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

Ankara Böyükşəhər Bələdiyyəsi bələdiyyəyə aid vasitələr, avadanlıq və iş maşınlarında istifadə olunmaq üçün 95 oktan benzin və dizel satın almaq məqsədilə tender elan edib. Tenderdə yerli və əcnəbi şirkətlər iştirak edə bilər. Tender çərçivəsində 27 milyon litr dizel və 90 min litr 95 oktan benzin alınacaq.

Londonun mərkəzində yerləşən Britaniya Film və Televiziya Sənətləri Akademiyasının (BAFTA) möhtəşəm “Princess Anne Theatre” zalında keçirilən təqdimatda Bakı Media Mərkəzinin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, Xalq artisti Pərviz Məmmədrzayev, Gürcüstan, Türkiyə, Özbəkistan və digər dövlətlərin səfirləri və diplomatik korpusun digər çoxsaylı nümayəndələri, Britaniya Xarici İşlər Nazirliyinin əməkdaşları, Britaniya parlamentinin Lordlar Palatasının üzvləri, “City of London”, Millətlər Birliyi, Avropa Yenidənqurma və İnkişaf Bankı və sair təşkilatların nümayəndələri, bp şirkətinin təmsilçiləri, ictimai-siyasi xadimlər, Britaniyada yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüş Ərdoğanın qalxdığı oteldə mətbuata qapalı şəkildə həyata keçirilib və Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan da iştirak edib. Görüş Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Qeyri-rəsmi Zirvəsi çərçivəsində baş tutub.

ABŞ-da fəaliyyət göstərən müsəlman təşkilatları Konqresdə keçirilən dinləmələrin müsəlman icmasına qarşı siyasi təzyiq alətinə çevrildiyini iddia ediblər. Müsəlman təşkilatları Respublikaçılar Partiyasının təşəbbüsü ilə keçirilən bəzi dinləmələrin İslam və müsəlman amerikalılar barədə mənfi təsəvvür yaratmağa xidmət etdiyini bildiriblər. Onların fikrincə, bu proseslər dini azadlıqların qorunması deyil, əksinə, qorxu və stereotiplərin gücləndirilməsinə yönəlib.

Kanadanın Baş naziri Mark Karninin iyul ayında Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Türkiyəyə səfəri gözlənilir. Oktyabr səfəri zamanı iki ölkə arasında pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla, müxtəlif müdafiə sənayesi əməkdaşlıq layihələrinin rəsmən başladılması planlaşdırılır.