Xəbər lenti

ABŞ Mərkəzi Komandanlığı İran limanlarına tətbiq olunan məhdudiyyətlər fonunda 78 kommersiya gəmisinin yenidən istiqamətləndirildiyini bildirib. Məlumata görə, daha dörd gəmi qaydalara əməl olunmasını təmin etmək məqsədilə fəaliyyətini dayandırıb.

Rusiya Prezidenti Vladimir Putin və BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan İranla bağlı vəziyyəti müzakirə edərək siyasi və diplomatik həll yollarının vacibliyini vurğulayıblar. Məlumata görə, tərəflər İran ətrafında yaranmış vəziyyət və regional prosesləri müzakirə edərək kompromis əsaslı sülh razılaşmalarına nail olmaq üçün siyasi və diplomatik səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Böyük Britaniyada keçirilən ənənəvi “Vindzor Kral Atçılıq Şousu”nda ölkəmiz Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə ilk dəfə 150 nəfərlik böyük nümayəndə heyəti tərəfindən təmsil edilir.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.

Moldovanın paytaxtı Kişinyovda keçirilən Avropa Şurası Nazirlər Komitəsinin iclasında üzv dövlətlər insan hüquqları ilə bağlı bəzi müddəaların yeni şərhini dəstəkləyiblər. Qərar əsasən qeyri-qanuni miqrasiyanın idarə olunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və üçüncü ölkələrlə əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

ABŞ Prezidenti Donald Tramp ABŞ və Nigeriya qüvvələrinin birgə əməliyyatı nəticəsində terror təşkilatı İŞİD-in qlobal səviyyədə ikinci əsas fiquru hesab edilən Əbu-Bilal əl-Minukinin zərərsizləşdirildiyini açıqlayıb.