Xəbər lenti

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Baş nazir Benyamin Netanyahuya ABŞ Prezidenti Donald Trampa Livanla bağlı müharibəyə geri dönəcəklərini bildirməsini tövsiyə edib. Ben-Qvir, sosial media platformasında yaydığı açıqlamada Hizbullahın partlayıcı yüklü pilotsuz uçuş aparatlarının normal qəbul edilməməsi və Beyrutda yeni hərbi əməliyyatların başlama zərurəti barədə fikirlərini açıqlayıb.

Qlobal maliyyə bazarları ABŞ–İran danışıqlarına dair gözləntilər fonunda yüksəliş nümayiş etdirir. Neft qiymətləri iki həftənin ən aşağı səviyyəsinə enib, Asiya valyutaları möhkəmlənib, qızıl qiyməti artıb və Yaponiyanın Nikkei indeksi tarixdə ilk dəfə 65 000 həddini keçərək son altı ilin ən sürətli üçgünlük yüksəlişini göstərib. Bu vəziyyət investorların diqqətini bazarlara yönəldib və gələcək ticarət trendlərinə dair proqnozları aktivləşdirib.

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə Çin kapitalı ilə 59 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Çin şirkətlərinin məcmu kapitalı 187 milyon 232 812 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 75 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə BƏƏ kapitalı ilə 7 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan BƏƏ şirkətlərinin məcmu kapitalı 2 milyon 50 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 203 milyon 500 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə ABŞ kapitalı ilə 25 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 62 milyon 393 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 21 milyon 550 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Bavariyanın hücumçusu Harri Keyn Almaniyanın Bundesliqa çempionatında 36 qol vuraraq mövsümün bombardiri olub və Qızıl Buts mükafatını qazanıb. Bavariya hücumçusu həmçinin klub üçün keçirdiyi 147 oyunda 146 qol vuraraq rekordunu davam etdirib. Keyn daha əvvəl 2023/2024 mövsümündə də 36 qolla Qızıl Buts mükafatını qazanmışdı.

2026-ci ilin yanvar-aprel ayında Türkiyədə Azərbaycan kapitalı ilə 84 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 35 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 193 milyon 287 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 367 milyon 750 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türkiyənin yerli imkanlarla hazırlanmış ilk quru-qrup raketi Atmaca UM (Kara Atmaca) test atışı zamanı ən uzaq məsafədəki hədəfi yüksək dəqiqliklə vuraraq uğurla məhv edib. ROKETSAN-ın rəsmi sosial media hesabında paylaşılan görüntülərdə raketin mobil batareya sistemindən buraxıldığı anlar və hədəfi tam dəqiqliklə vurduğu görünür.

Pakistanın Baş naziri Şahbaz Şərif Çinə işgüzar səfəri çərçivəsində Çin Prezidenti Si Cinpin ilə görüşüb. Məlumata görə, Şərif Pekinə bu gün, Pakistanın ordu komandanı Asim Munir ilə birlikdə gəlib. Səhər saatlarında Şərif Çin Baş naziri Li Çiang ilə görüşüb, daha sonra isə Si Cinpin ilə rəsmi görüş baş tutub.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.Məktubda qeyd olunub: "Hörmətli Prezident, Əziz Qardaşım, Zati-alinizi və Can Azərbaycan xalqını Azərbaycanın Müstəqillik Günü münasibətilə xalqım adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm. Zati-alinizin bacarıqlı liderliyi və uzaqgörən siyasəti sayəsində Can Azərbaycanın davamlı şəkildə güclənməsindən, regionda və beynəlxalq miqyasda nüfuzunun artmasımdan böyük qürur və iftixar hissi keçiririk.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf yenidən bu vəzifəyə seçilib. Qalibaf 11-ci çağırış parlamentində də dörd il ardıcıl olaraq sədr vəzifəsini tutmuşdu. Qeyd edək ki, İranda parlament sədri, parlamentin rəyasət heyətinin üzvləri və müxtəlif komitələrin üzvləri illik olaraq deputatlar tərəfindən may ayının sonlarında seçilir.

Mançester Yunaytedin baş məşqçisi Maykl Karrik Portuqaliyalı kapitan Bruno Fernandesin klubda qalacağına tam əminliyini ifadə edib. Fernandes son gündə Braytona qarşı 3-0 qələbədə həm qol vurub, həm də assistlə komandasını Premyer Liqada üçüncü pilləyə və Çempionlar Liqasına qayıtmasına yönəldib.